“Qiwi wallet”in bloklanması biznesə təsir etməyəcək – Eskpert | Banco.az

“Qiwi wallet”in bloklanması biznesə təsir etməyəcək – Eskpert

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

“Qiwi cüzdanlarının bloklanması sahibkarlara heç bir təsir göstərməyəcək”.

Banco.az xəbər verir ki, bu açıqlamanı Rusiyada Kiçik Biznesə Yardım” QHT-nin sədri Yanina Qrişina deyir. O, müsahibəsində bildirib ki , kiçik müəssisələr bu xidmətdən nadir hallarda istifadə edirdilər .

“İnternet vasitəsilə ödənişlərdə də analoji sxemlərdən istifadə edilib, daha çox marketlərdən istifadə edilib. Kiçik müəssisələr bu xidmətdən minimal miqdarda istifadə edirdilər. Tipik olaraq, sahibkarlar üçün pulun birbaşa bank hesabına getməsi daha rahatdır. Məhz “Qiwi Wallet” vasitəsilə bir çox saxtakarlıq sxemləri ortaya çıxdı. Biznes mühitinin bundan əziyyət çəkəcəyi barədə düşüncələri təsdiq etmirəm”.

Xatırladaq ki, bu gün Rusiya Mərkəzi Bankı bank fəaliyyətini tənzimləyən federal qanunları və qaydaları pozduğuna görə “QIWI Bank” ASC-nin lisenziyasını ləğv edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram