Qışda ziyarət ediləcək ən gözəl ölkələr | Banco.az

Qışda ziyarət ediləcək ən gözəl ölkələr

Müəllif: Gülnar Əhmədli, Banco.az

İlin ən xoş vaxtlarından biri olan qış müxtəlif coğrafiyalarda bütün gözəllikləri ilə yaşanmağa davam edir. Yalnız yayın isti və günəşli günlərindən deyil, həm də qardan zövq almaq, qış turizminin təqdim etdiyi imkanlardan yararlanmaq istəyənlər qışı “qış” kimi yaşamaq üçün qarlı ölkələr axtarışında olur. Ölkəmizdə bir çox alternativ tapa biləcəyiniz qış turizmi üçün müxtəlif ölkələrə səfər etmək, oradakı çoxsaylı məkanlarda əylənmək mümkündür. Bu yazıda qışın bütün gözəlliklərini yaşaya biləcəyiniz bir neçə ölkə haqqında məlumat hazırlamışıq.

1. Hallstatt, Avstriya

Fərqli coğrafiyalarında rast gəlinən təbiət möcüzələri ilə mükəmməl bir yer olan Avstriya qış turizmi üçün də doğru yerlərdən biridir. 

2. Praqa, Çexiya

Qış turizmi dedikdə ağıla ilk gələn yerlərdən biri olan Praqa Avropanın mərkəzində orta əsrlərdən qalma bir yer təəssüratı yaradır. Qotik üslubunda tikilmiş şəhərin müxtəlif yerlərində yayılmış bir çox tarixi yerlərə ev sahibliyi edən Praqa qışda gözəl mənzərələri ilə diqqət çəkən şəhərlərdəndir. 

3. Reykyavik, İslandiya

Qış tətilinin vazkeçilməz yerlərindən biri olan İslandiya qışda getmək üçün ən gözəl ölkələrdəndir. Ölkənin demək olar ki, hər bir bölgəsi qış turizmi üçün mükəmməldir. 

4. Bergen, Norveç 

Skandinaviya ölkələrindən olan Norveçin ikinci böyük şəhəri Bergen qış turizmi üçün ən yaxşı seçim yerlərindən biridir. Avropanın ən böyük kruiz gəmi limanlarından birinə ev sahibliyi edən şəhər bölgənin ən gözəl təbii gözəlliklərini ziyarət edilə biləcəyiniz yerlər sırasındadır. 

Ən sərfəli kredit üçün müraciət et

5. Brügge, Belçika

Qış aylarında görməli olduğunuz yerlər siyahısına tarix filminin təbii yaylasını xatırladan Brüggeni də əlavə edə bilərsiniz. Brügge orta əsr memarlığı, şəhərin müxtəlif hissələrini əhatə edən kanalları, tarixi yerləri və dünyaca məşhur şokoladları ilə əsl turizm şəhəridir. 

6. Sankt-Peterburq, Rusiya

Soyuq və qışı ilə tanınan Rusiyanın ən gözəl şəhərlərindən biri olan Sankt-Peterburqu mütləq qışda görməli yerlər siyahınıza daxil etməlisiniz. Rusiyanın ən gözəl şəhərlərindən biri olan Sankt-Peterburq qışda ziyarət ediləcək ölkələr siyahısında mütləq olmalıdır.

7. Stokolm, İsveç

İsveçin paytaxtı Stokolm açıq səma altında muzeyə bənzəyən bir şəhərdir. İlin çox hissəsini soyuq havalarda keçirən şəhər qar yağanda tamam başqa mənzərə yaranır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram