Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanın bu ilin iyul ayının qeyri-neft ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,4% artaraq 233,2 milyon ABŞ dolları təşkil edib. 2023-cü ilin iyul ayı ərzində yeyinti məhsulları üzrə ixrac 60,1 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 1,5% artaraq 173,2 milyon ABŞ dollarına bərabər olub.
Banco.az İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin "İxrac İcmalı"nın avqust sayına istinadla xəbər verir ki, bu dövrdə ən çox qeyri-neft məhsulları ixrac etdiyimiz ölkələr bunlar olub:
1. Rusiya Federasiyası (89,6 milyon ABŞ dolları)
2. Türkiyə (42,6 milyon ABŞ dolları)
3. Gürcüstan (18,4 milyon ABŞ dolları)
Bizi sosial şəbəkələrdən izləyin!!