Qeyri-həyat sığortası bazarında yığım 5,4%, ödəniş isə 0,5% artıb | Banco.az

Qeyri-həyat sığortası bazarında yığım 5,4%, ödəniş isə 0,5% artıb

Azərbaycan Sığortaçılar Assosiasiyasından "Banco.az"a verilən məlumata görə, 2015-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda toplanmış sığorta haqlarının 250,2 milyon manatı və ya 73,7%-i qeyri-həyat sığortasının payına düşüb. Azərbaycan Sığortaçılar Assosiasiyasının məlumatına əsasən, 2014-cü ilin eyni dövrünə nisbətən qeyri-həyat sığortası bazarı 5,4% böyüyüb.

Qeyri-həyat sığortası üzrə yığımların 23,3%-i və ya 58,3 milyon manatı avtomobillərin icbari sığortasının, 20,3%-i və ya 50,8 milyon manatı tibbi sığortanın, 9,6%-i və ya 23,9 milyon manatı əmlakın yanğından və digər risklərdən sığortasının, 9,2%-i və ya 23 milyon manatı kasko sığortasının, 8,8%-i və ya 22 milyon manatı daşınmaz əmlakın icbari sığortasının, 28,8%-i və ya 72,2 milyon manatı isə digər qeyri-həyat sığortası növlərinin payına düşüb.  

Ən sərfəli kredit üçün müraciət et

9 ay ərzində sığorta ödənişlərinin 73,2%-ni və ya 93,3 milyon manatını qeyri-həyat sığortası təşkil edib. Bu da 2014-cü ilin eyni dövrü ilə müqayisədə 0,5% çoxdur.

Qeyri-həyat sığortası üzrə ödənişlərin 39,8%-i və ya 37,1 milyon manatı tibbi sığortanın, 26,2%-i və ya 24,5 milyon manatı avtomobillərin icbari sığortasının, 19,8%-i və ya 18,4 milyon manatı kasko sığortasının, qalan 14,2%-i və ya 13,3 milyon manatı isə digər qeyri-həyat sığortası növlərinin payına düşüb.

Hesabat dövründə qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 37,3 manatı ödəniş edilib. 2014-cü ilin ilk 9 ayında bu rəqəm 39,1 manat olub.