İlk dəfə Çində yaranan vizitkalar günümüzdə aid olduğu şəxs və ya müəssisə ilə əlaqədar əsas məlumatları əks etdirməkdən daha çox məna kəsb edirlər. İnsanların hər ötən gün artan estetika qayğısından ötrü vizitkalar da zaman keçdikcə bir incəsənət nümunəsinə çevrilməyə başladılar. Diqqət cəlb edəcək bir vizitkanın dizaynının son dərəcə maraqlı olması, hətta mümkün qədər sahibinin işini əks etdirməsi lazımdır.
Həmçinin oxu: Tanınmış firmaların loqoları əşya olsaydı hansı məqsədlərlə istifadə edilərdi?
Bugünkü məqaləmizdə bir-birindən fərqli və öz dizaynları ilə diqqət çəkən qeyri-adi vizitka nümunələrini sizə təqdim edirik.
Pendir istehsal edən bir müəssisə üçün ən ideal vizitka məhz bu ola bilər.
İdman təlimçisinin yaradıcı dizayna malik vizitkası.
Evə sifariş verdiyiniz yeməyin yanında çəngəl və ya qaşıq göndərilmədiyi halda istifadə edə biləcəyiniz olduqca faydalı vizitka.
Həmçinin oxu: Dünyanın ən qeyri-adi ofisləri
Bu “Steak House” – un vizitkasında qeyd edilən əlaqə məlumatlarını görmək üçün onu alova yaxınlaşdırmaq lazımdır.
Peşəkar qrim ustasının işini çox yaxşı əks etdirən vizitka.
“The Bombay Bakery” adlı şirniyyat dükanının vizitkalarını da yeyə bilərsiniz.
“The Shirt Factory” (Köynək mağazası) adlı şirkətin vizitkası icra etdikləri işi əyani olaraq göstərir.
Moda dizayneri üçün ən ideal vizitka.
Bir yazıçının nostalji təsir bağışlayan və diqqət çəkici vizitkası.
İstəyinizə uyğun saç modeli şəklində kəsə biləcəyiniz vizitkalar.
Tort dilimi formalı vizitka. Ancaq yeyilə bilmədiyini qeyd etməliyik...
Saç ustasının son dərəcə yaradıcı və əyləncəli dizayna sahib vizitkası.
Həmçinin oxu: Məhsulların üzərindəki GİZLİ mesajlar
Tamara Mustafayeva, Banco.az