Məhsulların üzərindəki GİZLİ mesajlar | Banco.az

Məhsulların üzərindəki GİZLİ mesajlar

Müştəri təcrübəsi, yeni bir məhsul istehsal və ya dizayn edərkən diqqət yetirilməli olan məqamlardan biridir. Lakin məhsulların üzərində zarafat məqsədilə yerləşdirilən mesajların müştəri təcrübəsinin bir hissəsi olduğunu da qeyd etməliyik. Yenə də bəzi firmalar məhsullarının və ya məhsul paketlərinin müxtəlif yerlərinə əslində vacib olmayan bəzi zarafatyana mesajlar qeyd edirlər. “9GAG” bu məhsulların siyahısını tərtib etmişdir. Məqaləmizdə həmin siyahıdan bəzi nümunələr ilə tanış ola bilərsiniz.

Şirniyyat paketinin altına qeyd edilən mesaj: “Maraqlı insansan, səni sevdim.”

Geyimin ölçüsünün üzərindəki mesaj: “Kiçik ölçünü yoxla, bu əyləncəli olacaq.”

Klaviaturanın nəzarət düymələrinin altında yerləşən ifadələr...

Ən sərfəli kredit üçün müraciət et

İsveçrəli bir su firmasının istehsal etdiyi butulkanın dibində dağ təsviri yerləşir.

Şərab qutusunun altında qeyd edilən mesaj: Digər tərəfi aç, Eynşteyn!”

“TopGear” markalı köynəyin etiketində yazılan qeyri-adi mesaj: “Bu köynəklər heyvanlar üzərində sınaqdan keçirildi, onlara yaraşmadı.”

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et