“Qazprom” Çinə gündəlik təbii qaz nəqlində rekorda imza atıb | Banco.az

“Qazprom” Çinə gündəlik təbii qaz nəqlində rekorda imza atıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Qazprom” Sibirin Gücü boru kəməri ilə Çinə gündəlik təbii qaz nəqlinin rekord qırdığını bildirib.

Banco.az xəbər verir ki, Rusiyanın enerji şirkəti "Qazprom"dan verilən açıqlamaya görə, dekabrın 7-də Çinə müqavilə öhdəliklərindən 16,1 faiz çox təbii qaz nəql edilib.

Beləliklə də, Sibirin Gücü ilə daşımalarda gündəlik rekordun əldə olunduğu vurğulanan açıqlamada daşınmanın “Qazprom” ilə Çinin “CNPC” şirkəti arasında uzunmüddətli təbii qaz müqaviləsi çərçivəsində həyata keçirildiyi bildirilib.

Xatırladaq ki, Avropanın bir çox ölkəsi Rusiyadan qaz alışını tamamilə dayandırıb, bəzi ölkələr isə alış həcmini azaldıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et