Qarğıdalının qiyməti 5 ilin ən yüksək səviyyəsini görüb | Banco.az

Qarğıdalının qiyməti 5 ilin ən yüksək səviyyəsini görüb

Ötən ay qlobal əmtəə birjalarında qarğıdalının qiyməti 473 dollarla 5 ilin ən yüksək səviyyəsini görüb.

Qarğıdalı, sonuncu dəfə 30 İyun 2014-cü ildə 473,50 dollar səviyyəsinə qədər yüksəlmişdi.

ABŞ-da yağıntıların və mənfi hava şəraitinin qarğıdalıya zərər verəcəyinə dair  narahatlıqlar qiymətlərin  yüksəlməsinə səbəb olub.

ABŞ-ın orta qərb əyalətində ifrat yağışlar yağıb. Mənfi hava şərtləri qarğıdalının əkilməsini və məhsulun inkişafını əngəlləyib. Həddindən artıq yağışların ABŞ-da fermerlərin qarğıdalı əkməsini mane olmasının  sonrakı aylarda  problem yaratması gözlənilir.

Analitiklər İyun ayındakı həddindən artıq yağışlar, avqust ayındakı isti hava və oktyabr ayındakı ayazın misirdə gəlir problemi yaradacağını bildirirlər. Əkinlərin  gecikməsinə görə ABŞ-da qarğıdalı ehtiyatlarında azalma olacağı proqnozlaşdırılır.  

Əmtənnin adı

31 Dekabr 2018 (Dollar)

31 May 2019 (Dollar)

İyun 2019 (Dollar)

Ötən ilin sonu ilə müqayisədə artım

Qarğıdalı

375

427

473,50

26%

Ən sərfəli kredit üçün müraciət et

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et