Qarabağda iş adamlarının fəaliyyəti üçün güzəştlər artırılacaq | Banco.az

Qarabağda iş adamlarının fəaliyyəti üçün güzəştlər artırılacaq

Azərbaycanın azad edilmiş ərazilərdə fəaliyyət göstərən iş adamları üçün bir sıra güzəştlər mövcuddur və hazırda bu güzəştlərin artırılması məsələsinə baxılır.

Bunu bu gün Bakıda keçirilən Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlığa həsr olunmuş Caspian Energy Forumun xüsusi sessiyasında çıxış edən İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədr müavini Elxan Şiriyev deyib.

Onun sözlərinə görə, vergi və gömrük güzəştlərinin 15 ilə qaldırılması, bir sıra xam malların gömrük rüsumlarından azad edilməsi ilə bağlı məsələ də var: "Bu, işğaldan azad edilmiş ərazilərdə yaradılan sənaye parklarının cəlbediciliyini artıracaq".

Xatırladaq ki, hazırda sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 10 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən, idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə ƏDV-dən azaddır. Bundan başqa, parkın rezidentləri idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə 7 il müddətinə gömrük rüsumlarından azad olunurlar.

Ən sərfəli kredit üçün müraciət et

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et