"Qadınlar Qarabağda biznes fəaliyyəti üçün 343 layihə təqdim ediblər” | Banco.az

"Qadınlar Qarabağda biznes fəaliyyəti üçün 343 layihə təqdim ediblər”

Qarabağda biznes fəaliyyəti ilə məşğul olmaq üçün qadınlar tərəfindən Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasına (AQSİA) 343 layihə təqdim edilib.

Bunu  Assosiasiyasın İdarə Heyətinin sədri Səkinə Babayeva deyib.

Onun sözlərinə görə, bu layihələr Bərdədə, Tərtərdə, Ağdamda, Hadrutda, Füzulidə, Zəngilanda biznes fəaliyyəti ilə məşğul olmaq üçün təqdim edilib: “Bu layihələr əsasən təndir sexlərinin açılması ilə bağlıdır. Həmçinin azad edilmiş ərazilərdə kənd təsərrüfatı məhsullarının əkilməsi kimi layihələri də var.

Sahibkarlara bildiririk ki, qeyd edilən bölgələrdə bulaqlar var və onların yaxınlığında etnik turizm və eyni zamanda kənd turizmi ilə məşğul olmaq olar. Bu kimi layihələr üzrə modellər hazırlayıb, qadınlara təqdim edirik”.

S.Babayeva qeyd edib ki, Azərbaycanda qadın sahibkarlığı geniş vüsət alıb və onların azad edilmiş ərazilərdə biznes fəaliyyətinə maraqları böyükdür: “Ötən il ölkədə qadın sahibkarlığının təşviqi ilə bağlı çoxlu sayda işlər görülüb. Hazırda AQSİA-ya qadınların 4 mindən çox biznes layihəsi təqdim edilib. Həmin layihələr ölkənin müxtəlif bölgələri və istiqamətləri əhatə edir. Ənənələr yarandıqca qadın sahibkarlığına maraq artır. Xüsusilə də Gədəbəy, Oğuz, Tovuz bölgəsindən sahibkarlığa başlamaq istəyən qadınlardan daha çox müraciətlər daxil olur”.

O əlavə edib ki, hazırda səhiyyə, estetika sahəsi üzrə biznesə başlamaqla bağlı daha çox müraciətlər var: “Eyni zamanda, marketinq, onlayn satış sahələrinə qadınların maraqları artıb. Həmçinin, texnoloji avadanlıq almaq, kənd təsərrüfatı sahəsi üzrə bizneslə məşğul olmaq istəyən xanımların sayı artır. Lakin avadanlıqların, soyuducuların olmaması, baytarların, zoo-baytalrarın olmaması aqrar sahə üzrə biznesə başlamaq üçün əngəllər yaradır. Evdə məşğulluqla bağlı layihələr həddindən artıq çoxdur”.

Ən sərfəli kredit üçün müraciət et

S.Babayevanın sözlərinə görə, xüsusilə, xidmət sahələrində qadın sahibkarlığın rolunun artması ilə bağlı onlara tövsiyələr verilir.

Xatırladaq ki, ümumilikdə ölkədə 1 milyon 168 min sahibkar var və bunun 250 mindən çoxu məhz qadındır.

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et