Putin yeni beynəlxalq ödəniş sisteminin yaradılmasına diqqət çəkib | Banco.az

Putin yeni beynəlxalq ödəniş sisteminin yaradılmasına diqqət çəkib

Müəllif - Aida İsaq, Banco.az

Rusiyada xarici müdaxilədən asılı olmayan beynəlxalq ödənişlər sistemi yaratmaq lazımdır.

Banco.az xəbər verir ki, bunu prezident Vladimir Putin “Süni intellekt dünyasına səyahət” konfransında bildirib.

"Rəqəmsal valyuta texnologiyaları əsasında daha rahat, lakin eyni zamanda tamamilə təhlükəsiz və ən əsası üçüncü tərəfdən asılı olmayan yeni beynəlxalq ödənişlər sistemi yaratmaq mümkündür. Bu cür sistemin inkişaf etdirilməsinə ehtiyac var. Çünkü, inhisarçı mövqedən çıxış edənlərin yaratdığı vəziyyət hamıya və elə onların özünə də ziyan vurur" - deyə o, bildirib.

Prezidentin sözlərinə görə, qabaqcıl texnologiyalarla uzun illərə dayanan təcrübələri birləşdirmək lazımdır. O, anklar yaranmazdan xeyli əvvəl qarşılıqlı hesablaşmaları təmin edən və indi də fəaliyyət göstərən "hawala" şərq sistemini misal göstərib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et