Putin: İpək yolu boyunca dəmiryolu xəttinin çəkilməsi müzakirə edilir | Banco.az

Putin: İpək yolu boyunca dəmiryolu xəttinin çəkilməsi müzakirə edilir

"İpək yolu kəməri" layihəsi çərçivəsində dəmiryolu magistralı marşrutu hələlik müzakirə edilir. Ən yaxşı variant seçiləcək. 

Rusiya mətbuatına istinadən xəbər verilir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.

"Bizim müvafiq qurumlarımız da, şirkətlərimiz də, Çin və digər ölkələrdən olan tərəfdaşlarımız da sadəcə olaraq bu məsələni müzakirə edirlər",- deyə o, qeyd edib. 

Ən sərfəli kredit üçün müraciət et

Eyni zamanda dövlət başçısı Çinin Rusiya ərazisindən birbaşa yol çəkmək istəməməsinə dair şayiələri də təkzib edib. V.Putin xatırladıb ki, müxtəlif variantlar, o cümlədən Qazaxıstan, İran və Rusiya ərazisindən keçməklə yolun çəkilməsinə dair təkliflər var: "Həmçinin Rusiya ərazisindən ötməklə Çinə yolun çəkilməsinə dair layihə müzakirə edilir. Qeyd etdiyim layihə reallaşdırılarsa, bu, yüklərin Asiyadan, deyək ki, Çindən Almaniyaya 3-4 günə çatması deməkdir".

Mənbə: Report.az