Qədimdə pul vasitəsi kimi mal-qaradan istifadə olunurdu. Təsadüfi deyil ki, «kapital» sözü latın dilindəki «caput» sözündən götürülüb. Caput sözünün mənası isə «baş» deməkdir, çünki mal-qaranı başla sayardılar.
Pul vasitəsi kimi kauri balığqulaqları məhşur idi. Çində onlardan pul vasitəsi kimi 3500 il bundan əvvəl istifadə edirdilər. Sonralar ilk Çin pulları həmin balığqulağı formasında hazırlanırdı.
Kauri balıqqulaqları IX-XVIII əsrlərdə Hindistanda, XVII əsrdə Taylanda, XIX əsrdə isə Afrikada pul kimi istifadə olunurdu. Asiyanın bəzi ölkələrində isə hətta XX əsrin əvvəllərinə kimi ondan istifadə olunurdu. Məsələn, Çad gölü ətrafında qul 20-30 kauri balıqqulağına satılırdı.
Tədricən pulları metaldan (mis, tunc, gümüş, qızıl) hazırlamağa başladılar. İlk qızıl sikkələr 2500 il bundan əvvəl Lidiyada (Kiçik Asiyanın qərb hissəsi) meydana gəldi. Sonuncu Lidiya hökmdarı Krez haqqında belə bir deyim qalıb: ”Krez kimi varlıdır”.
Sparta pulları iri və agır hazırlanırdı. Onları daşımağa atlı araba lazım olurdu. Bu pullar dəmirdən hazırlanır, qaynar halda uksusa salınırdı, bu da metalı digər istifadə üçün yararsız edirdi. Makedoniyalı İskəndər ilk hökmdar idi ki, öz təsvirini sikkələrin üstundə zərb etdirmişdir.
İlk kagız pullar Çində meydana gəldi. Çin höküməti ağır dəmir pullar buraxdırdı. İnsanlar onları tacirlərdə saxlayır, yerinə isə qəbz alırdılar. XI əsrdən hökümət tacirlərə qəbz varməyi qadağan etdi və özü sikkələri əvəz edən qəbzlər hazırladı.
Şərq slavyanları ərəblərlə ticarət edərkən pul vasitəsi kimi xəz dərilərdən istifadə edirdilər. Rusiyada rublun da öz tarixi var. Monqol tatarlarının yürüşləri zamanı gümüş külçələr pul vasitəsi kimi işlənir və «qrivna» adlanırdı. Bir qrivnaya 200 dələ dərisi verirdilər. Rahatlıq üçün qrivnanı tən ortadan böldülər və "rubit" sözündən rubl alındı.
Qəpik anlayışın İvan Qroznının anası gətirib. Çunki pulun üzərində əlində nizə olan atlı dayanmışdır. Nizə rus dilində «kopyo» olduğu üçun pul da kopeyka adlandı.