Pul, hər kəs tərəfindən ödəmələrdə qəbul edilən ümumi bir mübadilə vasitəsidir. İnsanlar arasında iş-bölümü və ixtisaslaşmanın inkişafında mübadilə yalnız pulun yardımı ilə mümkündür. İş bölümü və ixtisaslaşmanın olduğu bir cəmiyyətdə mübadilə məcburiyyəti ortaya çıxmaqdadır. Pulun iqtisadi həyatdakı funksiyaları aşağıdakılardır:
Pul bir dəyər ölçüsüdür.
Pul istehsal və mübadilə mövzusu olan çeşidli mal və xidmətlərin hesablanmasında müştərək bir ölçü hesab vahididir. Mübadilə edilən mal və ya xidmətlərin vahidi qarşılığında ödənən pul miqdarına qiymət deyilir. Qiymət mübadilə edilən malların bir-biri ilə qarşılaşdırılmasını asanlaşdırır və çeşidli ölkələrdə ölçülən mal və xidmətlər üçün müştərək bir ölçüdür. Pul, metr, kq və s. bu kimi ölçülər kimi dəyişməyən bir ölçü vahidi deyildir. Yəni dəyər ölçüsü olan pulun dəyəri dəyişikliyə məruz qala bilər. Çünki pul vahidi 5 qarşılığında satın alınacaq mal və xidmət miqdarı sabit deyildir. Pul dəyərindəki dəyişikliklər ümumi qiymət səviyyəsində dəyişikliklərlə ölçülür.
Pul mübadilə vasitəsidir.
Hər kəs tərəfindən ödəmələrdə qəbul edilən və ümumi bir mübadilə vasitəsi olan pul, mübadiləni ikiyə ayırır. Mübadilə edilən mal və xidmətlər öncə pula çevrilir və daha sonra arzu edilən mal və xidmətlər asanlıqla satın alınır.
Pul bir yığım vasitəsidir.
Pul hər kəs tərəfindən ödəmələrdə qəbul edilən ümumi bir mübadilə vasitəsi olduğuna görə, insanlar yığımlarını pul olaraq saxlamaqda yarar görürlər. Çünki, yığım pul olaraq saxlanılması istənilən anda istənilən mal və xidmətin satın alınmasını mümkün edir. Bundan başqa, pul müəyyən bir satınalma gücünə sahibdir, pulun mühafizəsi bir çox mallara nəzərən daha asandır. Ancaq, pulun yığım vasitəsi olması, pulun dəyər ölçüsü və ümumi bir mübadilə vasitəsi olma funksiyasının sağlam işləməsinə bağlıdır.
Pul gələcək ödəmələr üçün bir ölçü vahididir.
Pulun dəyər ölçüsü və hesab vahidi olması gələcək ödənişlərdə bir ölçü olaraq istifadəsinə səbəb olmaqdadır. Pulun tədiyə vasitəsi olması, kreditə satış kimi iqtisadi mübadilələri artıran yeni bəzi mübadilə formalarının ortaya çıxmasına yol açmışdır.
Dünya pul funksiyası.
Ölkələr arasında və yaxud müxtəlif ölkələrin şəxsləri arasındakı qarşılıqlı münasibətlərdə təzahür edir. Bu cür münasibətlərdə puldan satın alınan malların ödənilməsi, kredit və bir sıra digər əməliyyatların aparılması ücün istifadə edilir. Hal-hazırda ölkələrarası başlıca hesablaşmalar Amerikan Dolları, İngilis Funt sterlinq, Yapon Yenası, İsveçrə Frankı və Avronun yardımı ilə aparılır.
Pulun iqtisadi əməliyyatları asanlaşdırıcı, istehsalı təşviq edici və investisiyaları finanslaşdırma kimi önəmli bir funksiyası da vardır. Pul təklifində bir artımın və bunun nəticəsində faiz səviyyələrində önəmli bir dəyişmənin ortaya çıxmasını fərz edək. Bunun nəticəsində iqtisadiyyatda qiymət artımları və ya azalmaları meydana gələ bilir.
Gəlirlərin yenidən bölgü aləti olaraq pul.
Banklar tərəfindən bəzi sektorlara kredit açılması, bəzilərinə isə kredit verilməsində rədd siyasəti, birinci halda sektorun inkişafına, ikinci halda isə sektorun daralması ilə nəticələnir. Beləliklə, kredit siyasəti biznesin mənfəət həcminə təsir etməkdədir. Nəticədə milli gəlir üzərində təsirli olmaqdadır. İnflyasiya dönəmində kredit siyasətinin gəlirlər üzərində ciddi təsiri vardır. Yığım sahibləri və sabit gəlirlilər satın alma güclərinin azaldığını asanlıqla hiss edərlər, buna qarşılıq borc olanlar inflyasiyadan yararlanarlar. Çünki aldıqları borcları irəlidə dəyəri düşmüş olan pul ilə ödəyəcəkdir.
Nüfuz aləti olaraq pul.
Banklar bəzi şirkətlərin iflasına maneçilik törədə bilərlər. Bəzi sektorlarda yeni texnologiyanın tətbiqində və inkişafında töhvə verə bilərlər. Banklarn şirkətlərin istehsal siyasətinə istiqamətləndirilməsində təsirləri olduqca güclüdür.