Pulları kibercinayətkarlardan necə qorumalı? | Banco.az

Pulları kibercinayətkarlardan necə qorumalı?

"Nağdsız hesablaşmaların inkişaf etdiyi bir dövrdə bütün dünyada yeni təhlükəsizlik sistemləri işlənib hazırlanır. Nağdsız hesablaşma sistemi inkişaf etdikcə, o, kibercinayətkarlar üçün daha cəlbedici hədəfə çevrilir. Lakin hələ ki, ödəmə kartlarının təhlükəsizlik sistemi pin-koddan ibarətdir". Bu barədə İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev məlumat verib.

Qeyd edək ki, maqnit zolağı olan plastik kartlar, eləcə də çipli kartlar artıq keçmişdə qalır. Belə ki, artıq müasir sistemlərdə biometrik oxuculardan istifadə ən aktual və perspektiv metodlardan birinə çevrilir. Bu tip qurğulardan biri "Hitachi" şirkəti tərəfindən barmaq izinin tanınması məqsədilə yaradılan skayner-oxuyucudur. Yaponiyalı mühəndislər Polşa banklarına xidmət göstərən "Itcard S.A" şirkəti ilə əməkdaşlıq edərək, bu yeni qurğunu bütün ölkə ərazisində tətbiq etmək niyyətindədirlər.

Ən sərfəli kredit üçün müraciət et

Hal-hazırda bankomatdan pul çıxarmaq istəyən şəxslər üçün bank kartından istifadəyə və pin-kodun daxil edilməsinə ehtiyac duymayan skaner istifadəyə verilib. Bu qurğu sayəsində şəxs barmağını həmin skanerə yaxınlaşdırmaqla bankomatdan pul götürə bilir. "Planet Cash" adını daşıyan layihə 2014-cü il ərzində Polşada fəaliyyət göstərən 1730 bankomatı əhatə edəcək. Nağd pulun bankomatdan biometrik qaydada çıxarılması üsulu artıq Polşada fəaliyyət göstərən bankların bir neçəsində, o cümlədən, Türkiyə və Yaponiya banklarında uğurlu şəkildə sınaqdan keçirilir.

Sevinc İbadova/Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et