Pulla olan rəftarına görə – İNSANLARIN 7 SƏVİYYƏSİ | Banco.az

Pulla olan rəftarına görə – İNSANLARIN 7 SƏVİYYƏSİ

İnsanların borc içində yaşamasının və pulsuzluqdan əziyyət çəkməsinin əsas səbəbi pullarının az olması deyil, onların düzgün idarə edilməməsidir. Buna görə maliyyə dahisi Robert Kiyosaki insanları pula olan münasibətlərinə görə 7 səviyyəyə bölüb. 

Bunlar aşağıdakılardır:

0 səviyyə: Heç nəyi olmayanlar

Bu kateqoriyada olan insanlar qazandıqlarının hamısını yaxud da daha artığını xərcləyirlər. Təssüf ki, İnsanların 50% bu katqoriyadadır.

1-ci səviyyə: Borc alanlar

Bu adamlar maliyyə problemlərini borca pul götürməklə aradan qaldıra bilirlər. Çox vaxt bunlar borc aldıqları pulu investisiya kimi yatırırlar. Yəni loru dildə desək, Vəlinin papağını qaytarmaq üçün Əlinin papağını oğurlayırlar.
Bu insanlar puldan baş çıxara bilmir, öz yaşayış minumumlarının nə qədər olduğunu hesablamırlar.
"Endirimlər", "aylıq aşağı ödəmələr" kimi sözlər həmişə onların diqqətini cəlb edir. Endirimdə olan mallar onlara lazım olmasa belə alırlar və elə düşünürlər ki, əgər indi almasalar birdə heç vaxt bu qiymətə ala bilməyəcəklər. Aldıqları əşyalar isə əksərən onlara lazım olmur. Bu insanlara "marketinq qurbanları" da demək olar.

Mağaza sahibləri bu insanları çox sevirlər :). Çünki bu insanların pulu varsa, hökmən 1 şey alacaqlar, əgər yoxdursada borc tapıb alacaqlar :).
Bu insanlar nə vaxtsa çoxlu pul qazanaraq bütün borclarından azad olacaqlarını düşünürlər. Ancaq problemin nə qədər pul qazamaqlarında deyil, pulla bağlı vərdişlərinin səhv olmasında olduğunu başa düşmürlər.

Bu insanlar nə qədər çox pul qazansalar da maliyyə iflasının astanasındadırlar.

2-ci səviyyə: Mühafizlər

Bu adamalr adətən "arxaya müəyyən qədər pul atanlar" dır. Pullarını aşağı riskli işlərə yatırır, əmanət hesabları, kiçik faizli depozitlər, fərdi istefa hesabları və s. malik olurlar. Onlar istehlak etməkdənsə pula qənaət etməyi üstün tuturlar.
Bu insanlar kredit və borcdan qorxurlar. Bu insanlar əksərən az miqdar pula qənaət etmək üçün xeyli vaxt sərf edirlər. Bura güzəştlər, pulsuz aksiyalar, əmək haqqlarınn cüzi artırılması üçün aparılan uzun-uzadı söhbətlər daxildir.
Bu tip insanlar "mən uşaqlarıma görə qənaət edirəm", "dar gün üçün pul yığıram" və s. sözlərini işlədirlər.

Pullarını adətən evdə və ya az depozit məbləği qarşılığında bankda saxlayırlar.

Maliyyə nəhəngləri isə pula qənaət edilməsi yanaşmasının aqrar əsr üçün yaxşı ideya olduğunu, ancaq sənayə əsrindən başlayaraq bunun ağıllı seçim hesab olmadığını bildirirlər. Buna səbəb dünyada mütəmadi olaraq baş verən devalvasiyalar, iqtisadi böhranlar və s.dir.

Hər kəs mütləq olaraq 6 aydan 1 ilə qədər müddətində ona yaşayış üçün lazım olan nağd pul kütləsinə malik olmalıdır. Bu maliyyə asılılığından xilas olmağın ən 1-ci yoludur.
Ancaq bu müddətdən artıq vəsaitin evdə saxlanması deyil, düzgün kapitala yatırılması tövsiyyə edilir.

3-ci səviyyə: "Ağıllı" investorlar

Ən sərfəli kredit üçün müraciət et

Ölkə əhalisinin 1/3 təşkil edən "orta təbəqə" adlandırdığımız insanlar. Bu insanlar əla təhsilli, savadlı və intelektual insanlardır. Onlar pensiya kartlarına və istefa planına malik olurlar.
Ancaq bu insanlar kapital qoyuluşunda təcrübəsizlik yaşayırlar. Çünki bu insanlar bütün gün işləyən mütəxəssislərdir. Bu insanlar ağıllı olduqları üçün kapital qoyuluşunu öyrənməklə, yaxşı gəlir əldə etmək şansları var.
Ancaq bunlar riskə getməkdən, səhv etməkdən qorxurlar. Bir addım atmaq üçün daha çox oxuyurlar, nəticədə dahada ağıllı olurlar. Ancaq nə qədər çox bilsələr, riskləri də çox görməyə başlayırlar.

Bu insanlar adətən məsələnin praktik cəhətini öyrənmirlər, onları öyrətmək istəyənlərə isə "baş qoşmurlar". Bunlar adətən ənənəvi sadə yatırımlara pul yatırırlar.
.
4-cü səviyyə: "Uzun müddətli investorlar"

Bu tip investorlar maliyyə məqsədlərinə çatmağa imkan verən yaxşı düşülmüş, uzunmüddətli plana malik olurlar, düzgün kapital qoyuluşunu həyata keçirirlər. Bu tip insanlar pula qarşı mühafizəkar və uzunmüddətli yanaşma yolunu seçirlər.

Bu insanlar;

1. xərclərlə bağlı vərdişlərini nəzarət altına alır, borclarınızı minimuma endirirlər

2. vəsaitləri daxilində yaşayaraq, gəlirlərinin ən azı 15% -ni kapital qoyuluşuna ayırırlar,

3. ehtiyaclarını kefləri istəyən kimi ödəmir, pullarını kefləri istəyən yerlərə xərcləmirlər

Bir sözlə Kapital qoyuluşunda riskli və ədəbsiz heç nə etmirlər.

Kapital qoyuluşu ilə bağlı fənni uzun zaman öyrənmək əvəzinə diqqətlərini öz peşələrinə, işlərinə və karyeralarına ayıran adamlar üçün ən ideal variant 4-cü səviyyədir.
Bu halda etibarlı maliyyə planlaşdırıcıları ilə işləmək çox vacibdir. 
Əgər uzunmüdətli investor deyilsinizsə olmağa tələsin 

5-ci səviyyə: Təcrübəli investorlar

Bunlar daha aktiv və təhlükəli investisiya strategiyalarnı tapmağı özlərinə rəva bilənlərdir. Bu insanların yaxşı pul vərdişləri, möhkəm pul təməlləri və və sağlam investisiya məqsədləri vardır. Onların qələbəlrlə dolu siyahılar var, ancaq məğlubiyyət siyahıları da var. 
Bu insanların vəsaitləri öldükdən sonra da sərmayəçiləri tərəfində idarə edilir. 

6-cı səviyyə: Kapitalistlər

Bunlar isə dünyada 90% pulun olduğu, 10% insanlardır.
Kapitalistlər o insanlardır ki, onlar böyük pullar qazanırlar. Digər adamların pulları, istedadları və bacarıqlarına sərəncam verirlər. Bu insanlar gah iqtisadiyyadı irəli aparır, gah da sarsıdırlar. 

Bunlar tanıdıqlarımız dünya nəhəngləri Kennedi, Rokfeller, Ford, Ross Pero və s.-lərdir.

fed.az

Ən sərfəli krediti almaq üçün müraciət et