Pul siyasətinin iqtisadiyyata təsiri | Banco.az

Pul siyasətinin iqtisadiyyata təsiri

Heç şübhəsiz pul siyasətini həyata keçirən insitut - Mərkəz Bankıdır.

Mərkəz Bankı pul təklifindən istifadə edərək faiz nisbətlərini də dəyişdirə bilir. Faiz nisbətləri isə bilindiyi kimi investisiya və yığım səviyyələri üzərində təsirli olmaqdadır. Pul siyasətinin təməl məqsədi, qiymət səviyyəsinə nəzarət, iqtisadiyyatı sabitlik içində tutmaq, məşğulluq, iqtisadi artımı və tədiyyə balansında tarazlığı təmin etməkdir.

1930-cu illərdəki iki hadisə pul siyasətinin rolu və məqsədləri mövzularında bir dəyişməyə yol açdı. Bu hadisələrin birincisi, böyük depresyon və onun təşkil etdiyi işsizlik, ikincisi də 1936-cı ildə Keynesin məşğulluq, faiz və pulun ümumi nəzəriyyəsi əsərinin nəşr etməsidir. Keynes əsərində pul təklifindəki bir dəyişmənin faiz nisbətlərinin dəyişməsinə, bunun da investisiyaya təsirini geniş şəkildə izah etmişdir.

Daha sonralar, 1940-cı illərdəki hadisələr, pul siyasətinin məqsədləri və alətləri üzərində dəyişiklik edilməsi mövzusunda təsiri olmuşdur.

Bunlardan birincisi, II Dünya müharibəsi sırasında və sonrasında, Federal Rezerv Sisteminin müharibə məsrəflərinin finansmanı və faiz nisbətlərini aşağı tutma siyasətinin tətbiqi olmuşdur. 1946-cı ildə ABŞ-da çıxarılan iş qanunu ilə, işlə təmin olma, ABŞ hökümətinin milli iqtisadi siyasətinin əsas məqsədini təşkil etməsi olmuşdur. Beləliklə pul siyasətinin məqsədləri sırasına qiymət səviyəsi ilə yanaşı, məşğulluq da əlavə edilmişdir.

II Dünya Müharibəsindən sonra, Avropa və Yaponiyanın iqtisadi artımı, ABŞ-ı təhdid edər formaya keçdikdə, pul siyasətinin üçüncü məqsədi, iqtisadi inkişaf və artımı təmin etmək olmuşdur. Xarici ticarət balansı tarazlıqda saxlamaq məqsədi 1950-ci illərin sonlarında 1960-cı illərin əvvəllərində iqtisadi ədəbiyyatda ən önəmli müzakirə mövzusu olmuşdur. Zamanla pul siyasətinin məqsədləri arasında çatışmalar olur. Qiymət sabitliyi saxlamaya yönəlik bir pul siyasəti çox zaman tam məşğulluq məqsədindən uzaqlaşma məcburiyyətində qalmaqda və bir anlamda qiymət sabitliyi işsizliyin qaynağı olmaqdadır.

Ən sərfəli kredit üçün müraciət et

1970-ci illərdə petrol böhranı sonrası ortaya çıxan durğunluğun əsası böyük ölçüdə bu proses çərçivəsində inkişaf etmişdir. Digər yandan valyuta kurslarının sabit tutulması durumunda, əgər faiz nisbətləri yüksəlirsə, finans sərbəstləşmənin olduğu bir ölkədə, ortaya bir açıqlıq çıxmaqdadır. Bu açıqlığa “valyuta qayçısı” deyilir. Bir ölkədə “valyuta qayçısı” təşkil edilirsə və bu ölkəyə xaricdən qısa müddətli sərmayə axımı olmaqda, bu isə bəzi dönəmlərdə ciddi fınans böhranı- na səbəb olmaqdadır.

Depresyonda pul siyasəti.

Daha əvvəl görmüş olduğumuz kimi, depresyonun səbəbi investisiyaların azalmasıdır. Buna qarşı pul siyasətinin tədavi tədbirləri faiz həddini düşürmək və kredit almada asanlaşdırma prosesinə yardımçı olmaqdır. Bu tədbirlərin yetərsizliyi açıqdır. Çünki depresyon zamanlarında sərmayənin marjinal verimliyi çox düşük, hətta 0-ın altındadır. Bu durumda investisiyanı stimulaşdırmaq üçün, faiz həddini aşağı salmaq lazım gələcəkdir. Lakin, faiz hədlərinin 0-dan aşağı düşürülməsinə imkan yoxdur. Hətta bank əməliyyat məsrəflərini qarşılaya bilməsi üçün faiz hədlərini pozitiv bir rəqəmə çatdırması lazımdır.

Faiz həddinin aşağı salınması, investorları stimullaşdırmayacaq, kreditlərin alınmasında asanlaşma şərtləri isə bir işə yaramayacaqdır. İflasların və işsizliyin çox olduğu bir dönəmdə banklar kredit vermədə ehtiyatlı və çox diqqətli olmalıdırlar. Həqiqətən depresyon zamanlarında kreditlərin geri ödənməmə ehtimalı çox yüksəkdir. 

Ən sərfəli krediti almaq üçün müraciət et