Pul qazandıran plastik kartlar hansılardır? | Banco.az

Pul qazandıran plastik kartlar hansılardır?

Pul xərcləyərək də pul qazanmaq mümkündür. Necə?

Həmçinin bax: Daha çox kəşbək qazandıran bank kartları - Yeni 2022

Banklarımızın ödəniş kartları sizə xərclədiyiniz pula müvafiq bonuslar və ballar qazanmaq imkanı verir. Sonra isə həmin bonusları pula çevirərək, yenə də alış-veriş etməyə davam edirsiniz? Bəs, belə imkan hansı kartlarda vardır?

Yapı Kredi Bank  Azərbaycan

Worldcard və Pulkart

Biri taksit digəri isə debet kartıdır.

Worldcard və ya Pulkartla edilən nağdsız  alış-verişlər zamanı qazanılan ballarla World üzv ticarət obyektində istifadə oluna bilər. Balları nağd vəsait kimi çıxarmaq olmur.

Siz bir World üzv ticarət obyektində qazandığınız ballarla digər bir World üzv ticarət məntəqəsində alış-veriş edə bilirsiniz.

Nümunə: Siz hər hansı bir restoranda nahar edirsiniz, xərclədiyiniz məbləğ 20 AZN-dir və siz həmin məbləğin 10%-i (yəni bu halda 2 AZN) bonus ballar qazanırsınız. Başqa bir brand geyim dükanında 70 AZN-lik alış-veriş edirsiniz və məbləğin 4%-i civarında (2,8 AZN) bonus qazanırsınız. Bonuslar toplanılır. Sonra siz həmin məbləğə digər bir üzv obyektdə hər hansı bir geyim, kitab alır və s. xidmət sifariş edə bilirsiniz.

Hər bir World üzv ticarət obyektinin təklif etdiyi faiz var və bu, bütün mağazalarda, restoranlarda fərqlidir. Faizlər worldcard.com.az saytında qeyd edilib.

Unibank

Albalı plus – dördü birində

Albalı plusda etdiyiniz alış-verişə uyğun olaraq,

Həmçinin siz kartdan depozit kartı kimi istifadə edib, öz kartınıza qoyduğunuz məbləğdən illik  1-6%-ə qədər gəlir əldə edə bilərsiniz. Depozit faizi müştərinin kredit reytinqindən asılı olaraq təyin olunur. Hər bir müştərinin kredit reytinqi fərqlidir.

Bununla yanaşı, Albalı kartdan partnyor dükanlarda istifadə zamanı bonus əldə edə bilərsiniz. Əksər dükanlarda bonusların miqdarı 1%-dir, lakin bonuslara görə maksimum hədd 10% civarındadır. Bonus miqdarları ilə tanış olmaq üçün bu keçid linkinindən istifadə edə bilərsiniz: http://albali.az/partnyorlar

Bonuslar müəyyən qədər toplandıqdan sonra onları müvafiq bank filialına yaxınlaşaraq, nağd şəkildə ala bilərsiniz.

AccessBank

AccessQazanc layihəsi

AccessBank plastik kartlarının sahibləri AccessQazanc layihəsinə qoşulmuş ticarət obyektlərində nağdsız ödəniş həyata keçirərkən ödədikləri məbləğin 17%-dək hissəsini öz kartlarına geri ala bilər.

AccessQazanc – bank kartı ilə ödənilən malın dəyərinin bir qisminin geri qaytarılmasını nəzərdə tutan unikal bir cash back xidmətidir. Bu o deməkdir ki, mala və ya xidmətə görə ödənilən məbləğin müəyyən hissəsi müştərinin kart hesabına geri qaytarılır. Qaytarılan məbləğ ödəniş edən zaman müştərilərə təqdim olunan çeklərin üzərində göstərilir.

AccessQazanc layihəsi Bankın həm debet, həm də kredit kartlarının sahibləri üçün nəzərdə tutulub. Qaytarılan vəsait daha sonra istənilən qaydada istifadə oluna, o cümlədən, bankomatlardan nağd şəkildə çıxarıla bilər. Əraflı məlumat üçün: http://accessqazanc.az/az/

Bank Respublika  

Paykart Bonus Sistemi

Bank Respublika-nın plastik kart sahibləri üçün PayKart adlı bonus sitemi mövcuddur.

Plastik kartla partnyor şirkətlərin şəbəkəsində nağdsız qaydada alış-veriş edərkən, sistemin konkret partnyorundan asılı olaraq, hər alış-verişdə məbləğin 25%-nə qədər bonus şəkildə qazanmaq olur.

Bu “Pay”lar  plastik kart hesabında toplanılır və partnyor şirkətlərin şəbəkəsində alış-veriş edərkən istifadə oluna bilər (nağd qaydada çıxarıla bilməz). 

Misal: Siz partnyor parfümeriya mağazasından 100 AZN qiyməti olan ətir əldə edirsiniz və bu məbləğin 10%-i (10 AZN) Sizin plastik kartınıza (bonus hesabınıza) "Pay" bonus şəklində yüklənilir, sonra Siz bu məbləği (10 AZN) başqa bir partnyor kitab mağazasında 10 AZN qiyməti olan kitab əldə etməklə istifadə edirsiniz və daha öz vəsaitinizdən ödəniş etmirsiniz, bonuslardan faydalanırsınız, həmçinin Siz ödəmə zamanı məbləğin bir hissəsini bonuslarla, ikinci hissəsini isə əsas vasaitinizdən ödəyə bilərsiniz.

Bank Respublika-nın bütün plastik kartları avtomatik olaraq bu sistemə qoşulub. 

Patnyor şəbəkəsi burada verilib: http://www.bankrespublika.az/az/individual-clients/plastic-cards/paykart/#bot

DəmirBank

MOBİLKART

MobilKart – aparılan əməliyyatların nəticəsində dövriyyədən müştərinin mobil nömrələrinə bank tərəfindən vəsaitin hesablanması nəzərdə tutulan plastik kart məhsuludur. Yeni plastik kartlar MasterCard əsasında təqdim olunur.
 

  • MobilKart-ın qiyməti – 15 AZN (cari tarifə 10 AZN əlavə olunmaqla).
  • Mobil nömrəyə köçürülən məbləğ – əməliyyat dövriyyəsinin 0,4%-i.
  • Mobil operatorlar – Azercell, Bakcell, NarMobile.

Qeyd edək ki, hesablaşmalar hər ay aparılır və istifadə olunan nömrənin balansına köçürülür. 

LEADERCARD

LeaderCard xaricdən pul köçüermələrini plastik kart ilə almaq üçün nəzərdə tutulub. Kartın üzərində olan nömrənin son 6 rəqəmini və kartın etibarlılıq müddətini bildirməklə xaricdən pul göndərmək mümkündür.

Bu zaman pul göndərən şəxsdən cəmi 1% komissiya tutulur ki, bu da adi qaydada olan təcili pul köçürmə tariflərindən (1,5-2%) daha aşağıdır.

LeaderCard-ın imkanları və üstünlükləri:

  • LeaderCard pulsuz təqdim olunur və illik xidmət haqqı tələb edilmir.
  • DəmirBank bankomatlarında komissiyasız nağdlaşdırma.
  • Regionlarda 100-dək Azərpoçt ofisində (məbləğdən asılı olmayaraq 1 AZN komissiya ilə) və digər bankomatlarda müvafiq komissiya ilə nağdlaşdırma.

LeaderCard sahibləri kartda orta aylıq qalığa 2% illik dərəcəsi ilə hər ay faiz qazanır.

Ətraflı: http://www.demirbank.az/?/az/content/1316/

Bank Standard

GəncKart

"GəncKart" digər ödəniş kartları kimi istər Azərbaycanda, istərsə də xaricdə mal və xidmət haqlarının ödənilməsi və nağd pulun çıxarılması üçün istifadə üçündür.

Lakin bununla yanaşı, "GəncKart"  öz sahibinə əlavə olaraq qazanc gətirir – gündəlik məbləğinin üzərinə illik 9% gəlir əldə etmək mümkündür. Kart 18-35 yaşlı gənclərə verilir.

Ətraflı: https://bankstandard.com/az/cards/payment/104/

Nikoil Bank

Tele Kart

Telekart - limiti bərpa olunan, mal və xidmətləri faizsiz ödəmək imkanını verən kredit kartıdır. Telekartla bankın tərəfdaşları şəbəkəsində alış-veriş edən zaman heç bir faiz ödənimir və kredit borcunu banka hissə-hissə qaytarmaq olur.

Bununla yanaşı, tərəfdaş olan banklarda alış-veriş zamanı bonuslar əldə edirsiniz.

Tele Kartın Bonus sistemi

Bonusun miqdarı “Telekart” vasitəsilə aparılan alış-verişin həcmindən və taksitlərin sayından asılı olur. Bonuslar mobil telefona və ya kartın balansına yüklənir.

Bonusların miqdarı

Taksit müddəti

Bonus miqdarı

1-6 ay

1%

7-9 ay

2%

10-12 ay

3%

Şəxsi vəsait

4%

Ən sərfəli kredit üçün müraciət et

 

“Telekart” vasitəsilə aparılan hər bir əməliyyatdan sonra müştərinin telefonununa ödəniş qrafiki göstərilən SMS xəbərdarlıq, habelə, hesablanmış bonuslar haqqında bildiriş daxil olur.

Ətraflı: http://www.nikoil.az/view/Tele_kart.html

BuCard

BuCard onun istifadəsi zamanı sahiblərinə aşağıdakı üstünlükləri verir: bu, depozit xüsusiyyətlərinə malik plastik kartdır; gündəlik qalığa illik 5 faiz gəlir; kartı manat və ya dollarla açmaq imkanı, internetlə ödəniş imkanı; AR-da və xaricdə elektron terminallarla təchiz olunmuş ticarət-xidmət müəssisələrində nağdsız hesablaşmaların aparılması və bankomatlardan və bank kassalarından nağd vəsaitlərin alınması.

Ətraflı: http://www.nikoil.az/view/plastic_cards_bucard.html

AG Bank

AG Bank

Həzz kart

Həzz Kart – müştərilərə pulsuz təqdim olunan faizsiz kredit kartıdır. Həzz Kart bank ilə partnyor olan geyim, parfümeriya, kompyuter, mobil telefon, məişət texnikası, mebel mağazalarında, habelə, restoran, supermarket, turizm, kinoteatr və digər ticarət obyektlərində keçərlidir. Bu kart vasitəsi ilə alınan mal və ya xidmətlərin dəyəri müvafiq aylar ərzində (1,3,6,12,18 və 24 ay) bölünür və əlavə faiz hesablanmadan, bərabər hissələrlə ödənilir. Ödənilən vəsait kart hesabında yenidən bərpa olunur və kartın müddəti ərzində müştəri tərəfindən dəfələrlə istifadə oluna bilər.

Bankın müvafiq partnyor şəbəkəsi daxilində kartla aparılan hər bir əməliyyatın müəyyən faizi (maksimum 10%) xüsusi bonus hesabına bonus şəklində yığılır. Hesablanmış bonuslar Bankın partnyor şəbəkəsi daxilində istifadə oluna bilər.

http://www.agbank.az/index.php?/az/content/465/

ASB Bank

Extra Card

Extra Card ilə partnyor olan alış-veriş və xidmət məntəqələrindən satın alınan xidmət və ya malların dəyərini 12 ayadək faizsiz olaraq hissələrlə ödəmək və xərclədikcə bonus qazanmaq (maksimum 10,5%) mümkündür.

Əsas xüsusiyyətləri: Normal bir kredit kartının bütün xüsusiyyətləriylə yanaşı, alış-verişlərdə taksit edə bilməsi, yəni faizsiz hissələrlə ödəməyə imkan verməsi. Xərclədikcə bonus qazandırması, qazanılan bonusların yığıla bilməsi və ya məhdudiyyətsiz olaraq xərclənə bilməsi.

Xidmət şəbəkəsi ilə burada tanış olmaq mümkündür: http://www.extracard.com/partner.html

Könül Soltanova, Banco.az

 

Ən sərfəli krediti almaq üçün müraciət et