Əhalinin maliyyə savadsızlığı onların borclarını artırır.
Indi çox az adam tapılar ki, hec olmasa bir dəfə banka üz tutub kredit almasın. Belə vətəndaşların əksəriyyəti heç özləri də hiss etmədən bankların şirnikləndirici reklamlarının təsiri altına düşür, istədiklərini həyata keçirmənin yolunu kredit almaqda görürlər. Bu zaman qarşılaşa biləcəkləri müxtəlif problemləri, yəni işini itirib işsiz qalmaq, gözlənilmədən xəstələnməsini kimi təhlükələri nəzərdən keçirmirlər. Bəzi hallarda onların bu cür risklərə hazır olmaması kredit götürdükləri bankların qarşısında olan öhdəlikləri yerinə yetirmə qabiliyyətini itirməyə gətirib çıxarır. Vəziyyəti düzgün qiymətləndirmə bacarığının olmaması sonda bu borc alanları bankların modern qullarına çevirir. Bir krediti qaytarmamış ikincisi, üçüncüsünün borcları artır. Maliyyə savadsızlığı ucbatından nəticədə geciktirilmiş kredit ödəmələri malın qiymətini 2-3 dəfə bahalaşdırır. Alınan aparat, texnika köhnəlir, xarab olur ama borclar tükənmir ki, tükənmir.
İqtisadçıların fikrincə əhalinin pul xərxcəmə mədəniyyətinin yetərli olmamasından istifadə edən banklar isə yüksək faizlər və ağır şərtlərlə vəziyyətdən öz xeyirlərinə yararlanmağa çalışırlar
İqtisadçı- ekspert Nicat Hacızadə insanların krdedit borcalarını ödəyə bilməməsinin səbəbini onların aldığı maaşı düzgün nizamlaya bilməməsində görür.
İqtisadçıların fikrincə “pul əl çirkidir” ifadəsi insanların şüurunda bu maliyyə vasitəsinə mənfi obraz yaradıb. Amma əslində pulun mənfi və ya müsbət təsir xüsusiyyətləri yoxdur. Vəsaitə düzgün olmayan münasibət xoşagəlməz vəziyyətə səbəb olur. Məsələn, dünyada maliyyə bisavadlılığının qarşısını almaq üçün çox sayda üsullar var. Müflisləşmə hallarının qarşısını almaq üçün Amerika və Avropada hətta orta məktəblərinin tədris proqramındada maliyyə və puldan istifadə dərsləri keçirilir.
Almaniyalı bank mütəxəssisi Henniq Siman deyir ki, artıq bir neçə ildir ki, Azərbaycanla əməkdaşlıq edir və o düşünürki əhalinin maliyyə savadlılığı getdikcə artır. Onun fikrincə hər kəs öz büdcəsini düzgün bölüşdürməyi bacarmaldır. O qərarlar verilərkən problemlərin yaşandığını, büdcə və puldan istifadənin dəqiq planlşdırdıqdan sonra bir çox maliyyə böhranlarından özümüzü sığortalaya biləcəyimizi deyir.
Bir qrup iqtisadçılar iddia edir ki, əhalinin kor-koranə götürdüyü istehlak kreditlərinin yaratdığı qaytarılmayan borclar ölkənin maliyyə bazarında bir sıra problemlərə və hətta maliyyə böhranına belə gətirib çıxara bilər. Mərkəzi bank rəsmiləri də maliyyə savadlılığı baxımından əhalinin maarifləəndirilməsində problemlərin olduğunu etiraf edir. Son 3 ildə 500 min adam üçün “maliyyə savadlılığı” proqramını həyata keçirən dövlət qurumu qabaqlayıcı tədbirlər istiqamətində də fəaliyyət planını genişləndirəcək. Növbəti addımsa respublikada qlobal pul həftəsinin keçirilməsi olacaq.
Məsəl var, deyərlər “Adəmi Adəm edən paradır”. Amma qazandığımız pulu da gərək elə ağılla xərcləyək ki, axırda cibimiz boş, üzümüz qara olmasın!
Mənbə: ANS