«PSG-Kapital İnvestisiya şirkəti» QSC nizamnamə kapitalını artırır. Şirkətdən banco.az-a verilən məlumata görə, artım nəticəsində nizamnamə kapitalının həcmi iki qat artaraq 2 milyon manata yüksələcək.
Bununla da «PSG-Kapital İnvestisiya şirkəti» QSC ölkədə nizamnamə kapitalı ən yüksək olan investisiya şirkətinə çevriləcək.
Kapitalın artırılması əlavə səhm buraxılışı hesabına həyata keçiriləcək.
Bu addım çərçivəsində hər birinin nominal qiyməti 1 000 AZN olan əlavə 1 000 ədəd səhm buraxılması nəzərdə tutulur.
Maliyyə Bazarlarına Nəzarət Palatası səhm emissiyasını qeydiyyata alıb.
Səhm yerləşdirilməsi və kapitalın artırılması yaxın vaxtlarda həyata keçiriləcək.