Populyar Netflix serialları "vintage" kitablara çevrildi | Banco.az

Populyar Netflix serialları "vintage" kitablara çevrildi

Tamara Mustafayeva, Banco.az

Məlum olduğu kimi, 2020-ci ilin əksər hissəsini evdə karantində keçirməli olduq. Odur ki, onlayn video yayım platformaları həyatımızın ayrılmaz hissəsinə çevrildi. Müntəzəm olaraq serial və filmlərə tamaşa etmək, bir gün ərzində sevilən serialın bir mövsümünü başa vurmaq bizim üçün artıq çox təbii hal hesab edilirdi.

Bəs Netflix platformasında izlədiyimiz populyar seriallar kitab olsaydı, üz qabığı necə görünərdi, heç düşünmüsünüzmü? Həmin kitabları oxumaq istəyərdikmi? Odur ki, "Climadoor" komandası bu suala cavab tapmaq üçün Netflix-də olduqca populyar hesab edilən serialları kitabların üz qabığına çevirməyə qərar verib.

"Orange is The New Black", "Bojack Horseman", "Ratched", "Umbrella Academy", "Stranger Things" kimi məşhur seriallar kitabların üz qabığı formasında yenidən dizayn edilib. Hər bir üz qabığı seriallarla əlaqələndirilib və nəticədə çox ecazkar "vintage" (köhnə tərz) dizayn nümunələri ərsəyə gəlib. Ssenaristlərin adları da üz qabıqlarında öz əksini tapıb. Bəs siz bu kitablar satışda olsaydı, oxumaq istərdinizmi?

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Netflix-də 1 gün ərzində izləyə biləcəyiniz ən yaxşı mini-seriallar

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et