Polşa mərkəzi bankının rəhbəri milli valyutadan imtina etməyə müsbət yanaşmayıb | Banco.az

Polşa mərkəzi bankının rəhbəri milli valyutadan imtina etməyə müsbət yanaşmayıb

Müəllif - Aida İsaq, Banco.az 

Polşa avronun xeyrinə milli valyutadan imtina olunmasına şərait yaratmamalıdır.

Banco.az xəbər verir ki, bu fikirləri Polşa mərkəzi bankının sədri Adam Qlapinski səsləndirib. Bank rəhbəri Polşa zlotisinin suveren pul siyasəti aparmağa imkan verən çoxsaylı üstünlüklərə sahib olduğunu vurğulayıb. Eyni zamanda milli valyutanının ölkə iqtisadiyyatında qazanılan uğurların əsas tərkib hissələrindən biri olduğunu qeyd edib.

Qeyd edək ki, daha öncə Polşa ölkənin avroya keçidə hələ hazır olmadığını bəyan edib. Xüsusilə, respublikanın hakimiyyət orqanları avroya keçidin ölkənin Avropa İttifaqına daxil olması ilə bağlı sazişdə nəzərdə tutulduğunu, lakin bu prosesin vaxtının dəqiqləşdirilmədiyini diqqətə çatdırıb. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et