“Peşəkar Sığortaçı Sertifikasiyası” imtahanına qeydiyyat başladı! | Banco.az

“Peşəkar Sığortaçı Sertifikasiyası” imtahanına qeydiyyat başladı!

Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) tərəfindən Peşəkar Sığortaçı Sertifikasiyasının Sığorta işi təcrübəsi (PSS 1.2) üzrə növbəti imtahanı 12 Mart 2023-cü il tarixində, saat 11:00-da keçiriləcəkdir.

İmtahan 100 sualdan ibarətdir və keçid balı 70% təşkil edir.

Sığorta şirkətlərinin əməkdaşları,fərdi sığorta agentləri və mütəxəssisləri,karyerasını sığorta sahəsində qurmaq istəyən şəxslər,sığorta sahəsinə marağı olan tələbələr bu imtahanda iştirak edə bilər.

İmtahanda iştirak etmək istəyən şəxslər ARPA-nın rəsmi saytında qeydiyyatdan keçərək imtahan müraciəti edə bilərlər.

Qeyd edək ki, PSS sertifikasiya proqramı yerli sığorta şirkətlərinin tənzimləyici orqanları tərəfindən dəstəkləndiyi üçün sığorta şirkətlərinin əməkdaşlarının qiymətləndirilməsində istifadə oluna biləcək yeganə vasitədir.

Ən sərfəli kredit üçün müraciət et

Əlaqədar şəxs: Solmaz Cəfərli

Tel: (+994 12) 505 53 02; (+994 55) 202 93 43

Email: [email protected]

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et