“Peşəkar Sığortaçı Sertifikasiya” imtahanında “ Bakı Biznes və Kooperasiya” kollecinin tələbəsi yüksək bal topladı | Banco.az

“Peşəkar Sığortaçı Sertifikasiya” imtahanında “ Bakı Biznes və Kooperasiya” kollecinin tələbəsi yüksək bal topladı

Peşəkar Sığortaçı Sertifikasiya imtahanında “ Bakı Biznes və Kooperasiya” kollecinin tələbəsi yüksək bal toplamışdır.

“Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası”(ARPA)  böyük məmnuniyyət və qürur hissi ilə ictimaiyyətin diqqətinə çatdırır ki, 14 İyun 2022-ci il tarixdə PSS 1.1 “Sığorta işinin prinsipləri” Sertifikasiya imtahanından “Bakı Biznes və Kooperasiya Kolleci”nin tələbəsi Solmaz Cəfərli 100 baldan 99 bal yığaraq ARPA-nın sertifikasiya tarixində ən gənc yüksək bal yığmış namizəd kimi qeydə alındı. ARPA Solmaz Cəfərlini ürəkdən təbrik edir və onun yaxın gələcəkdə ixtisaslı və təcrübəli sığorta mütəxəssisi kimi uğurlu fəaliyyət göstərəcəyinə inanır!

PSS Sertifikasiya proqramının hədəf auditoriyası - sığorta şirkətlərinin əməkdaşları, fərdi sığorta agentləri və mütəxəssisləri, karyerasını sığorta sahəsində qurmaq istəyən ali təhsilli şəxslər və sığorta sahəsinə marağı olan tələbələrdir.
Nəzərinizə çatdırmaq istərdi ki, PSS Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dəstəyi ilə Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası və Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) tərəfindən hazırlanmış sertifikasiya proqramıdır. PSS ölkəmizdə sığorta sahəsində Azərbaycan dilində olan ilk sertifikasiya proqramıdır. PSS–in tədris proqramı sığorta sahəsində dünyada tanınmış CII (The Chartered insurance Institute) sertifikasiya proqramının tədris materialları (CII-ın rəsmi razılığı ilə) əsasında hazırlanmışdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram