Peşəkar mühasiblərin Beynəlxalq Etika Məcəlləsi” mövzusunda ödənişsiz seminar keçiriləcək | Banco.az

Peşəkar mühasiblərin Beynəlxalq Etika Məcəlləsi” mövzusunda ödənişsiz seminar keçiriləcək

Azərbaycan Respublikası Auditorlar Palatası və peşəkar mühasib təşkilatı kimi akkreditə olunmuş Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA) birgə təşkilatçılığı ilə mühasiblər üçün peşə etikasının fundamental prinsipləri və davranış standartlarını əks etdirən “Peşəkar mühasiblərin Beynəlxalq Etika Məcəlləsi” mövzusunda ödənişsiz seminar keçiriləcəkdir.

Peşəkar mühasib təşkilatı kimi öhdəsinə götürdüyü fəaliyyətlərin icrası məqsədilə növbəti illər ərzində ARPA İB üçün “Peşəkar İnkişafın Dəstəklənməsi” planı hazırlanmışdır. Plana əsasən, peşəkar mühasib sertifikasiyası üzrə təlimlər, MHBS, İSMUBS və KOS üçün MHBS-də illik yeniliklərlə bağlı seminar və təlimlər, milli qanunvericilikdə dəyişikliklərlə bağlı maarifləndirmə işi, mühasiblərin etika və davranış qaydalarının tətbiqinin keçirilməsidir.

Seminarda Auditorlar Palatasının peşəkar mütəxəssisləri təlimçi qismində çıxış edəcəkdir. Seminar 14 fevral 2020-ci il, saat 16:00-da Auditorlar Palatasının inzibati binasında keçiriləcəkdir.

Ən sərfəli kredit üçün müraciət et

Seminarda müzakirəsi nəzərdə tutulan mövzular:

  1.  Beynəlxalq Mühasiblər Federasiyası və Mühasiblər üçün Beynəlxalq Etika Standartları Şurası.
  2. Peşəkar Mühasiblərin Etika Məcəlləsi və Məcəllənin 2016-ci il nəşrinin məzmununa edilmiş dəyişikliklər.
  3. Auditorların Beynəlxalq Müstəqillik Standartları .

Seminarda iştirakınızı təsdiq etmək üçün ad, soyad, işlədiyiniz müəssisə, vəzifə və əlaqə vasitələrinizi [email protected] email ünvanına göndərərək qeydiyyatdan keçməyiniz tələb olunur.

Əlaqələndirici şəxs: Səbinə Nuruzadə
Tel: (+99412) 505 53 02; (+99455) 202 93 43
Ünvan: AZ1072, Bakı şəhəri, S.Y.Bakuvi küçəsi, 35

Ən sərfəli krediti almaq üçün müraciət et