Pauell: "Bir çox üzv faiz endiriminin məqsədəuyğun olduğunu düşünür" | Banco.az

Pauell: "Bir çox üzv faiz endiriminin məqsədəuyğun olduğunu düşünür"

ABŞ Mərkəzi Bankının (Fed) sədri Cerom Pauell, Bankın İyun iclasının ardından mətbuat konfransında açıqlamalar verib. Pauell, inflyasiyanın zəif qalmaqda davam etdiyini bildirib. 

Pauell, Federal Açıq Bazar Komitəsində (FOMC) bir çox üzvün faiz endiriminin məqsədəuyğun olduğunu düşündüyünü bildirib.

Fed-in gələn məlumatları yaxından izləyəcəyini bildirən Pauell, qlobal iqtisadiyyatın gücü ilə bağlı narahatlıqların artdığını söyləyib.

Fed sədri, "Zəifləyən əks axınlar son həftələrdə yenidən ortaya çıxdı", - deyib.

"Üzvlər inflyasiyanın 2%-ə doğru yavaşca hərəkət etdiyini görür", -deyən Pauell, qeyri-müəyyənliklərə qarşı uyğun siyasət reaksiyasının müzakirə edildiyini ifadə edib.

Pauell, aşağı qlobal inkişafın dünyada inflyasiyanı zəiflətdiyini söyləyib və "Əks axınları yaxından izləyəcəyik. Fed risklərin təsirini gözləyib görmək istəyir",- deyib. 

Ən sərfəli kredit üçün müraciət et

"İqtisadi artımı dəstəkləmək üçün alətlərimizi istifadə etməyə hazırıq". -deyən Pauell, sabit biznes investisiyalarının inkişaf etdirilməsinin lazım olduğunu bildirib.

"Qanuna görə dörd illik səlahiyyət müddətim var", -deyən Pauell, müddəti tamamlamağa niyyətli olduğunu bildirib.

Cerom Pauell, "Erkən hərəkət etməkdən çəkinməyə çalışcağız. Bütün mərkəzi banklar öz hədəflərinə fokuslanmışdır, - deyib. 

Pauell, "Mümkün faiz endiriminin ölçüsünü hələ müzakirə etməmişik, faiz endirimi gələn məlumatlara və risklərdən asılı olacaqdır" deyib. 

Xəbər verdiyimiz kimi, ABŞ Mərkəzi Bankı (Fed) İyun iclasında gözənildiyi kimi faizi dəyişmədi. Faiz 2.25% – 2.50% aralığında sabit saxlanılıb.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et