Havalar isindikcə bütün qış boyu tətil planlayan hər kəsin həyəcanı artır. Tətil planlayarkən diqqət edilməli ən vacib məqamlardan biri də səyahət sığortası əldə etməkdir. Çünki səyahət sığortası ölkədən kənarda sağlamlığınıza dəyə biləcək zərərlərə qarşı sizə təminat vəd edir.
PAŞA Sığorta səyahət sığortanızı rahat şəkilə əldə edə bilməyiniz üçün yeni onlayn funksionallıq yaradıb. Belə ki, artıq “PASHA Insurance” mobil tətbiqini yükləyərək səyahət sığortanızı həm özünüz, həm də ailə üzvləriniz üçün bir neçə dəqiqə ərzində onlayn olaraq əldə edə bilərsiniz. Bu tətbiq vasitəsilə siz icbari avtomobil sığortanızı da ala bilməklə yanaşı, kasko sığortanızı yeniləyə, həkimə onlayn yazıla, bütün sığorta məlumatlarınızı izləyə bilərsiniz.
PASHA Insurance mobil əlavəsini əlavəsini App Store (https://apple.co/3MXbb8J) və ya Google Play (https://bit.ly/3MP99Hx) platformalarından yükləyə bilərsiniz.
Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.
Bizi sosial şəbəkələrdən izləyin!!