“Unibank”ın keçmiş icraçı direktoru Cəlal Qasımov “PASHA Holding”ə təyinat alıb. Bu barədə məlumatı Banco.az portalı apa.az-a istinadən məlumat verir.
C. Qasımov Baş icraçı direktorun müavini, Bankinq Qrupun (Banking Group) rəhbəri təyin olunub.
O vəzifəsinin icrasına cari ilin may ayından etibarən başlayıb.
Qeyd edək ki, C. Qasımov 2013-cü ilin mart ayında “Unibank”ın icraçı direktoru təyin olunub. O, bu vəzifədə 2015-ci ilin aprel ayına qədər çalışıb.
Hazırda bu vəzifəni Xalid Əhədov tutur.