PAŞA Sığorta şirkəti “Sığorta Məsləhətçiniz” layihəsinə davam edir | Banco.az

PAŞA Sığorta şirkəti “Sığorta Məsləhətçiniz” layihəsinə davam edir

PAŞA Sığorta şirkəti sığorta maarifləndirilməsinə aid “Sığorta Məsləhətçiniz” layihəsinə davam edir.

14 yanvardan etibarən başlanan “Sığorta Məsləhətçiniz” layihəsində PAŞA Sığorta şirkətinin artıq 3 eksperti çıxış edib. Bu layihə çərçivəsində şirkətin ekspertləri hər həftə facebook izləyicilərinin suallarına onlayn şəkildə cavab verirlər. Qeyd edək ki, insanların sığortaya qarşı marağı çox yüksəkdir və hər bir ekspertə onun sahəsinə uyğun çox sayda suallar daxil olur. Layihədə hər həftə fərqli departamentlərin rəhbərləri, aparıcı mütəxəssisləri iştirak edirlər və günün sonunda ən maraqlı sual verən izləyicini hədiyyə ilə mükafatlandırırlar.

“Sığorta Məsləhətçiniz” layihəsinin də əsas məqsədi sığorta maarifləndirməsini artırmaq və insanların sığorta barədə olan suallarına daha rahat cavab tapmaları üçün şərait yaratmaqdır.

Ən sərfəli kredit üçün müraciət et

Bu həftənin eksperti kimi Fərdi və Bank Sığortası üzrə baş nümayəndə vəzifəsində işləyən Murad Zaidov çıxış edərək facebook izləyicilərin "Sığorta işinin əsasları barədə bilmədikləriniz” mövzusunda suallarını cavablandıracaq.Sığorta işinin əsasları, avtomobilinizin, əmlakınızın sığorta haqqlarının hesablanması, sığorta sektorunda uğurlu satış etmə bacarıqlarına aid istənilən suallarınızı verə bilərsiniz.

Qeyd edək ki, «PAŞA Sığorta» şirkəti 2006-cı ildən fəaliyyət göstərir. «PAŞA Holding» qrupunun üzvü olan “PAŞA Sığorta” korporativ və fərdi müştərilərə 35 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Nizamnamə kapitalı 50 mln manat olmaqla, “PAŞA Sığorta” kapitallaşma göstəricilərinə və riskləri özündə saxlama gücünə görə Azərbaycanın sığorta və təkrar sığorta bazarında lider mövqeyini gücləndirir.