“PAŞA Bank”ın Türkiyədəki törəməsi bu ilin ilk rübündə mənfəətlə işləyib | Banco.az

“PAŞA Bank”ın Türkiyədəki törəməsi bu ilin ilk rübündə mənfəətlə işləyib

“PAŞA Bank” ASC-nin Türkiyədəki törəməsi “PAŞA Yatırım Bankası” bu ilin I rübünü 8,477 milyon lirə (2,119 milyon manat) xalis mənfəətlə başa vurub.

Bankın maliyyə hesabatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 33,8% azdır.

Yanvar-mart aylarında faiz gəlirləri 28,206 milyon lirə (7,052 milyon manat, 1 il əvvələ nisbətən 24,5% az), faiz xərcləri 10,356 milyon lirə (2,589 milyon manat, 13,25% az), haqq və komissiya gəlirləri 741 min lirə (185 min manat, 35,35% az), qiymətli kağızların alqı-satqısında gəlirləri 2,077 milyon lirə (519 min manat, 1 il bundan əvvəl zərər olub), inzibati xərcləri 4,559 milyon lirə (1,14 milyon manat, 29,5% çox), digər gəlirləri 2,345 milyon lirə (586 min manat, 8 dəfə çox), digər xərcləri 5,585 milyon lirə (1,396 milyon manat, 42,2% çox), xüsusi ehtiyatlara ayırmaları 1,975 milyon lirə (494 min manat, 2,1% az), mənfəət vergisi ödəmələri isə 2,417 milyon lirə (604 min manat, 35,6% az) təşkil edib.

Bu il aprelin 1-nə “PAŞA Yatırım Bankası”nın aktivləri 1 900,054 milyon lirə (475,014 milyon manat) olub ki, bu da illik müqayisədə 10,1% çoxdur. Bunun 1 243,286 milyon lirəsi (310,822 milyon manat) müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 17,2% böyüyüb.

Hesabat dövründə “PAŞA Yatırım Bankası”nın öhdəlikləri 13,9% artaraq 1 359,959 milyon lirəyə (339,99 milyon manat), balans kapitalı isə 1,6% artaraq 540,095 milyon lirəyə (135,024 milyon manat) çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, "PAŞA Yatırım Bankası" 2015-ci ildə "PAŞA Bank"ın Türkiyənin "Aksoy Holdinq"inə məxsus "TAİB Bank"ın səhmlərini alması ilə yaradılıb. Onun nizamnamə kapitalı 500 milyon lirədir (125 milyon manat). Bankın səhmlərinin 50,96%-i “PAŞA Bank”a, 49%-i Bankın daxil olduğu “PAŞA Holdinq” MMC-yə, 0,04%-i isə “Aksoy Holdinq”ə məxsusdur. 

1 lirə = 0,25 manat

Renkinq

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et