PAŞA Bankdan "Baliyə səyahət" kampaniyası | Banco.az

PAŞA Bankdan "Baliyə səyahət" kampaniyası

PAŞA Bank Miles&Smiles kart sahibləri üçün yeni kampaniyaya start verdi.

Kampaniyanın şərtlərinə əsasən 21 dekabr 2019-cu il tarixinədək müştərilər Miles&Smiles məhsulu üzrə PAŞA Bankın partnyor şəbəkəsində nağdsız ödənişlər həyata keçirdikdə əldə etdiyi millərin sayına görə bir qalib təyin olunmaqla Baliyə iki nəfərlik bilet qazana biləcəklər.

Baliyə iki nəfərlik geri dönüşlü səyahət biletləri kampaniyanın qalibinə Türk Hava Yolları tərəfindən təqdim olunacaq.

Qeyd olunmalıdır ki, biletlər əldə edildikdən sonra bir il ərzində istifadə edilə bilər. Kampaniya şərtləri haqqında ətraflı məlumat: https://miles.pashabank.az/az/campaign_trip_to_bali.

Ən sərfəli kredit üçün müraciət et

Əlavə məlumat üçün Bankın Biznes Mərkəzlərinə və ya *8123 / (+99412) 4965004 (korporativ müştərilər üçün) , *9123 / (+99412) 4965000 (fərdi müştərilər üçün) Əlaqə Mərkəzinə müraciət edə bilərsiniz.

PAŞA Bank müştərilərlə uzunmüddətli əməkdaşlığı yüksək qiymətləndirir və müştəri məmnunluğunun artırılması üzrə mütəmadi olaraq tədbirlər həyata keçirir. Bu səbəbdən də, Müştərilərimizlə daima əlaqədə olmaq və göstərdiyimiz xidmətlər haqqında onların fikirlərini bilmək bizim üçün olduqca mühümdür. Bunu nəzərə alaraq bizimlə bölüşmək istədiyiniz məqamları [email protected] ünvanına elektron məktub yazmaqla çatdıra bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et