Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” sahibkarlara dəstək məqsədilə daha bir ilkə imza atıb.
Belə ki, sahibkarlara “SİMA İmza” yeni nəsil rəqəmsal imza vasitəsilə “PAŞA Bank” onlayn bank platformasına daxil olmaq imkanı yaradılıb. Bu xidmət Azərbaycanın bank bazarında ilk dəfə olaraq “PAŞA Bank” müştərilərinə təqdim olunub.
“SİMA İmza” bulud, açıq açar və üztanıma texnologiyalarına əsaslanan yeni nəsil gücləndirilmiş rəqəmsal imzadır. “SİMA İmza” mobil tətbiqi əlavə vasitələrə ehtiyac olmadan, istənilən yerdən və istənilən zaman daha rahat şəkildə elektron xidmətlər əldə etməyə imkan yaradır.
“SİMA İmza” rəqəmsal imza vasitəsilə “PAŞA Bank”ın onlayn bank platformasına bu keçid vasitəsilə daxil olub, xidmətlərin üstünlüklərindən yararlana bilərsiniz.
Bizi sosial şəbəkələrdən izləyin!!