“PAŞA Bank” güzəştli kateqoriyaya aid olan müştərilərə "MİDA" ipoteka kreditini təklif edir | Banco.az

“PAŞA Bank” güzəştli kateqoriyaya aid olan müştərilərə "MİDA" ipoteka kreditini təklif edir

Ölkənin aparıcı korporativ bankı “PAŞA Bank” güzəştli kateqoriyaya aid olan müştərilərə Yasamal Yaşayış Kompleksində mənzil əldə etmələri üçün "MİDA" ipoteka kreditini təklif edir.

Belə ki, tikintisində həyətyanı sahələrin və uşaq meydançalarının olmasına xüsusi diqqət yetirilmiş yaşayış kompleksi müasir memarlıq üslubu ilə seçilir. Bununla yanaşı, tikili özündə çoxsaylı yaşayış binalarını birləşdirir və paytaxtın əsas nəqliyyat şəbəkəsinə yaxınlığı ilə fərqlənir.

Həmçinin kompleksin ərazisində 161 saylı tam orta məktəbin binası da inşa edilib.

“PAŞA Bank” güzəştli kateqoriyaya aid vətəndaşlarımızı növbələrdə vaxt itirmədən və sürətli şəkildə qeyd olunan binalarda mənzil sahibi olmağa dəvət edir.

Şərtlər isə olduqca sərfəli və sadədir:

- İllik faiz dərəcəsi: 4%
- İlkin ödəniş: min. 10%
- Maksimum məbləğ: 100 000 AZN
- Müddət: 3-30 ilədək

Müştərilər https://pshb.az/3s1pem4 veb-saytında asanlıqla müraciət edə biləcəklər. Daha ətraflı isə buradan tanış olmaq olar: https://pshb.az/3JFWsNN

Əlavə məlumat üçün Bankın Biznes Mərkəzlərinə və ya *8123 / (+99412) 4965004 (korporativ müştərilər üçün) , *9123 / (+99412) 4965000 (fərdi müştərilər üçün) Əlaqə Mərkəzinə müraciət edə bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

PAŞA Bank müştərilərlə uzunmüddətli əməkdaşlığı yüksək qiymətləndirir və müştəri məmnunluğunun artırılması üzrə mütəmadi olaraq tədbirlər həyata keçirir. Bu səbəbdən də, Müştərilərimizlə daima əlaqədə olmaq və göstərdiyimiz xidmətlər haqqında onların fikirlərini bilmək bizim üçün olduqca mühümdür. Bunu nəzərə alaraq bizimlə bölüşmək istədiyiniz məqamları [email protected] ünvanına elektron məktub yazmaqla çatdıra bilərsiniz.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et