“PAŞA Bank” gənclər arasında sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsini dəstəkləyir | Banco.az

“PAŞA Bank” gənclər arasında sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsini dəstəkləyir

Ölkənin aparıcı korporativ maliyyə institutu olan “PAŞA Bank” gənclərin peşəkar inkişafına yönələn təşəbbüsləri dəstəkləməyə davam edir.

Belə ki, Bankın tərəfdaşlığı ilə “Gənclərin innovativ təşəbbüslərinin dəstəklənməsi” layihəsi başlayır.

Layihənin əsas məqsədi gənclər arasında sahibkarlıq düşüncə tərzinin və bacarıqlarının inkişaf etdirilməsi, eləcə də sosial və ekoloji problemlərin həlli istiqamətində onların mütərəqqi ideyalarının reallaşdırılmasıdır. Azərbaycanda startap ekosisteminin inkişafında gənclərin aktiv iştirakını təşviq edəcək bu layihəyə 18-29 yaş arası şəxslər qatıla bilər.

Azərbaycan Respublikası Gənclər Fondu, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması və Azərbaycan Gənclərinin Nailiyyəti İctimai Birliyinin birgə tərəşdaşlığı ilə baş tutan “Gənclərin innovativ təşəbbüslərinin dəstəklənməsi” layihəsi üç mərhələdən ibarət olacaq. Layihənin ilk mərhələsində “İdeyanı dizayn et!” adlı “bootcamp” təşkil ediləcək. “Bootcamp” iştirakçıları qeydiyyat əsasında seçiləcək.

“Bootcamp”da iştirak etmək istəyən gənclər 26 mart tarixinədək https://forms.gle/TV76uAPPEjA4KGre7 linkinə daxil olmaqla, qeydiyyatdan keçə bilərlər. Xatırladaq ki, “PAŞA Bank”, Azərbaycan Gənclərinin Nailiyyəti İctimai Birliyi ilə əməkdaşlıqda “Gənclərin sahibkarlıq fəaliyyətinə dəstək” layihəsini də həyata keçirib. Bu layihə çərçivəsində 2018-2021-ci illərdə Bakı, Gəncə, Qax, Mingəçevir, Xaçmaz, Masallı, Qəbələ, Zaqataladakı peşə və orta məktəblərdə təhsil alan 5 000 yaxın məktəbli və 170 müəllim sahibkarlığın, eləcə də maliyyə savadlılığının artırılması istiqamətində keçirilən tədrislərə qatılıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et