PAŞA Bank 2018-ci il üçün maliyyə nəticələrini açıqladı | Banco.az

PAŞA Bank 2018-ci il üçün maliyyə nəticələrini açıqladı

PAŞA Bank 31 dekabr 2018-ci il tarixinə bitən il üzrə özünün və törəmə banklarının (PASHA Bank Georgia və PASHA Yatırım Bankası A.Ş.) maliyyə nəticələrini mətbuat konfransında açıqladı. Tədbirdə spiker qismində Bankın İdarə Heyətinin Sədri Taleh Kazımov və İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı Bəhruz Nağıyev çıxış etdilər.

PAŞA Bank 2018-ci il üçün maliyyə nəticələrini açıqladı

2018-ci ildə PAŞA Bank Azərbaycan maliyyə sektorunda böyüməyə davam etmişdir. Bank, şəffaf biznes təcrübələrini tətbiq edərək və ölkənin bank sahəsində şəffaflığın artırılmasına töhfə verərək korporativ və fərdi bankçılıq seqmentlərində yüksək keyfiyyətli maliyyə xidmətləri göstərməyi hədəfləyir. Bankın 2018-2020-ci illəri əhatə edən strateji inkişaf planında əsas hədəflərdən biri yüksək keyfiyyətli aktivlərin idarə edilməsidir. Bank aktivlərini yüksək likvidlik və yarı-likvidlik dərəcəsinə görə diversifikasiya edərək gəlirlilik və risk arasındakı balansı təmin etmişdir.

PAŞA Bank, 548,009 min manat dəyərində olan ümumi kapital həcmi ilə ölkənin ən böyük kommersiya bankı mövqeyini qoruyub saxlamışdır (2017: 499,149 min manat). İl sonu etibarilə PAŞA Bankın cəmi aktivləri 5,209,364 min manat təşkil etmişdir. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 32% artmışdır (2017: 3,958,415 min manat).

PAŞA Bank 2018-ci il üçün maliyyə nəticələrini açıqladı

31 dekabr 2018-ci il tarixinə Bankın aktivlərinin açıqlaması aşağıdakı kimidir: 
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri - 29% 
Müştərilərə verilmiş kreditlər - 33% 
Kredit Təşkilatlarına verilmiş kreditlər - 6% 
Qiymətli kağızlar portfeli - 28% 
Digər cari və uzunmüddətli aktivlər - 4%

PAŞA Bank 2018-ci il üçün maliyyə nəticələrini açıqladı

PAŞA Bank 2018-ci ildə umumi kredit portfelini 26% artıraraq 1,780,782 min manata (2017: 1,413,992 min manat) çatdırmış və kreditləşmədə ciddi artım əldə etmişdir. Portfel üzrə effektiv ehtiyat dərəcəsi 2,8% (2017: 4,5%) təşkil etmişdir. 2018-ci ildə qeyri-işlək kreditlərin ümumi kredit portfelinə nisbəti 2017-ci illə müqayisədə 7.2%-dən 5.9%-ə düşmüşdür. Qeyd olunan dövr ərzində davamlı şəkildə müştərilərə xidmət göstərən Bank, son illər ərzində inkişaf etdirdiyi biznes əlaqələrindən bəhrələnir. Bunun nəticəsi olaraq, PAŞA Bank müştəri depoziti bazasını 2018-ci ildə 3,953,952 min manata çatdırmışdır. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 37% çoxdur (2017: 2,889,961 min manat). Müştəri depozitləri əsasən tələbli və müddətli hesablarda uyğun olaraq 75% və 25 % nisbətində cəmlənmişdir (2017: 64% and 36%). Bank 2018-ci maliyyə ili üçün 74,053 min manat xalis mənfəət (2017: 89,092 min manat) elan etmişdir. Eyni dövr üçün toplam əməliyyat gəlirləri 214,162 min manat olmuşdur ki, bu göstərici keçən ilin müvafiq dövrü ilə müqayisədə 10% çoxdur (2017: 194,340 min manat). Bankın faiz gəlirləri 229,566 min manat, qeyri-faiz gəlirləri 39,268 min manat təşkil etmişdir. Nəticədə qeyri-faiz gəlirinin ümumi əməliyyat gəlirlərinə nisbəti 23% olmuşdur.

PAŞA Bank 2018-ci il üçün maliyyə nəticələrini açıqladı

Ən sərfəli kredit üçün müraciət et

Beynəlxalq maliyyə institutları ilə əhatəli danışıqlar sayəsində geniş miqyaslı maliyyə alətlərindən istifadə imkanı əldə edən PAŞA Bank korporativ müştərilərinə daha çox ticari maliyyə xidmətləri göstərməyə nail oldu. Bank, həmçinin iki qlobal reytinq agentliyindən kredit reytinqi aldıqdan sonra müştərilərin maliyyələşdirilməsi üçün daha yaxşı şərtlər əldə etdi. İnstitusional səviyyədə Bank müştərilərlə məhsuldarlığı artıraraq vaxtında peşəkar xidmətlər göstərmək üçün müxtəlif seminarlar və təlimlər keçirdi. 2018-ci ildə sənədləşmə əməliyyatları balansı (maliyyələşdirmə sonrası daxil olmaqla) 554,342 min manat (2017: 435,635 min manat) təşkil etmişdir. 2018-ci ildə PAŞA Bank sərmayə yetərlilik nisbətinin ARMB-nin kapital qoyuluşları üzrə tələbinə uyğun olaraq 11.8% açıqlamışdır (2017: 15%). Bank Basel II və Basel III dövrünü bitirdikdən sonra kapitalını dividendlər vasitəsilə səhmdarlara qaytararkən tələb olunan kapital səviyyələrinə diqqət yetirməyə davam edir.

PAŞA Bank 2018-ci il üçün maliyyə nəticələrini açıqladı

PAŞA Bankın İdarə Heyətinin Sədri Taleh Kazımovun sözlərinə görə, Bankın 2018-2020-ci illərə dair İnkişaf strategiyasına əsasən Bank yeni sənayeləri və seqmentləri, məhsul və xidmətlərin rəqəmsallaşdırılmasını və yeni onlayn kanalların təqdim edilməsini hədəfləyir. “Bu səbəbdən müştərilərimizə daha yaxşı xidmət etmək və müştəri tələblərini daha yüksək səviyyədə təmin etmək məqsədi ilə biz regionda ilk dəfə olaraq müştərilərin istifadəsi üçün rəqəmsallaşdırılmış onlayn hesab açma həlli və yerli bazar üçün bir sıra yenilikləri təqdim etmişdik. Bu yanaşma bütün müştəri seqmentləri üçün onlayn bankçılıq kanallarını yaratmaq potensialını yaradır və bizə Milli iqtisadiyyatın inkişafına dair strateji yol xəritəsinin həyata keçirilməsinə güclü dəstək vermək imkanı verir”, - deyə T.Kazımov fikrini yekunlaşdırdı.

* Əksi göstərilmədikcə, bütün rəqəmlər 31 dekabr 2018-ci il tarixi etibarilə təqdim edilmişdir və audit olunmuş konsolidasiya edilmiş maliyyə hesabatlarına əsaslandırılmışdır.

Ən sərfəli krediti almaq üçün müraciət et