Müəllif: Gülnar Əhmədli, Banco.az
Avropa Qaz İnfrastrukturunun məlumatlarına görə, yay mövsümünün başlanmasından bəri regiona tədarüklər 50 milyard kubmetri ötüb.
Banco.az xəbər verir ki, Avropanın maye qaz idxalı (LNG) rekord səviyyəyə çatıb.
Avropa İttifaqı (Aİ) ölkələrinin yeraltı anbarlarında (UGS) qaz ehtiyatları 70%-ə yaxınlaşır. Avqustun 3-də Aİ ölkələrində yeraltı qaz anbarlarına qaz vurulması 436 milyon kubmetr təşkil edib.
Məlumata görə, hazırda Avropanın UGS obyektləri 69,68% doludur. Avropa Komissiyasının yeni tələblərinə əsasən, Aİ ölkələri hər il oktyabrın 1-dən noyabrın 1-dək öz anbarlarının qazla 90% dolu olmasını təmin etməlidir.
Eyni zamanda, bu tələb Avropa bazarında qazın qiymətinin artmasına əlavə təkan verir.
Qaz İxrac Edən Ölkələr Forumu Aİ-nin qışa qədər yeraltı qaz anbarlarını 90% doldurmaqda əhəmiyyətli çətinliklərlə üzləşəcəyini gözləyirdi. Həmçinin qazın yay mübadilə qiymətlərinin qışda olduğundan daha yüksək olacağını proqnozlaşdırdı ki, bu da qazın anbarlara vurulmasının iqtisadi məqsədəuyğunluğuna xələl gətirir.
Ötən istilik mövsümündə Avropa demək olar ki, 63 milyard kubmetr LNG idxal edib ki, bu da bu dövr üçün üçüncü ən yüksək göstəricidir.
Bizi sosial şəbəkələrdən izləyin!!