Neft ucuzlaşmaqda davam edir | Banco.az

Neft ucuzlaşmaqda davam edir

Müəllif: Gülnar Əhmədli, Banco.az

"OPEC+" ölkələrinin tələbin zəifləməsi əlamətləri fonunda hasilatı artırdıqları üçün neft qiymətləri azalmaqda davam edir. 

Banco.az xəbər verir ki, Brent markalı neftin 1 bareli 0,11 dollar və ya 0,17% faiz azalaraq 68,73 dollara enib.

WTI markalı neftin sentyabr fyuçersləri isə Nyu-Yorkun NYMEX əmtəə birjasında 0,13 dollar və ya 0,20% azalaraq bir barelə görə 66,28 dollar təşkil edib.

Qeyd edək ki, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və onun müttəfiqlərindən ibarət "OPEC+" qrupu bazar günü sentyabrda gündəlik hasilatı 547 min barel artırmağa qərar verib. Aprel ayından etibarən ölkələr 2024-cü ilin dekabrında təsdiq edilmiş planla müqayisədə hasilatı sürətlə artırırlar.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram