Parlament “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik etdi | Banco.az

Parlament “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik etdi

Peşə təhsili və ümumi təhsil müəssisələrində təhsil alan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərdən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə dövlət rüsumu tutulması təklif edilib. 

Bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Qanuna təklif edilən dəyişikliyə əsasən, sənədin 14.83-cü bəndində “ümumtəhsi” sözü “peşə təhsili və ümumi təhsil” sözləri ilə əvəz edilir.

Dəyişikliklə Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrində əyani formada, habelə peşə təhsili və ümumi təhsili müəssisələrində təhsil alan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə aşaığdakı rüsumlar tutulacaq:

1. On beş iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda: 1 illik – 60 manat; 2 illik (müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin müddəti uzadıldıqda) - 120 manat;

Ən sərfəli kredit üçün müraciət et

2. İyirmi iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda : 1 illik – 40 manat; 2 illik (müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin müddəti uzadıldıqda) - 80 manat; Sənəd müzakirələrdən sonra I oxunuşda qəbul edilib.

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et