Pandemiya dövründə Azərbaycana gətirilən avtomobillərin sayı niyə artıb? | Banco.az

Pandemiya dövründə Azərbaycana gətirilən avtomobillərin sayı niyə artıb?

Azərbaycanda virus aşkarlandığı vaxtdan bu günədək ölkəmizə 21 694 avtomobil gətirilib. Bu göstərici keçən illə müqayisədə 168 ədəd çoxdur. 

Maraqlıdır, digər sahələrdən yan ötüşməyən koronavirus avtomobil ixracına heçmi təsir göstərməyib?

Mövzu ilə bağlı danışan nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, avtomobillərin sayının artırılması təbii prosesdir və gəzlənilən idi: “Avtomobilə həmişə ehtiyac var. Əhali sayı getdikcə artır, iqtisadiyyat genişlənir, buna görə də avtomobillərə həmişə ehtiyac olacaq. Sayın artması isə gözlənilən idi və bu, pandemiyadan asılı deyil”.

“Fikrimcə, Azərbaycana gətirilən nəqliyyat vasitələrin artımında yeni deyil, işlənmiş avtomobillər çoxluq təşkil edir. Azərbaycanda gömrük rüsumları çox olduğu üçün vətəndaş və sahibkarlar xaricdən kiçik həcmli mühərrikli avtomobillər gətirirlər. Eyni zamanda, vətəndaşlar özləri də fiziki şəxs kimi daha çox işlənmiş avtomobillərə üstünlük verirlər”, - deyə ekspert qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

ted.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et