Palata: Yeni qanun kiçik həcmli kreditlərin verilməsinə şərait yaradacaq | Banco.az

Palata: Yeni qanun kiçik həcmli kreditlərin verilməsinə şərait yaradacaq

"Daşınar əmlakın yüklülüyü haqqında" qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin bugünkü iclasında müzakirə olunub.

Qanun layihəsi daşınar əmlakın yüklülüyünün hüquqi rejimi, daşınar əmlaka dair yüklülük sahiblərinin hüquqlarının həyata keçirilməsi qaydaları, daşınar əmlaka tutma yönəldilməsi, daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması və ondan istifadə ilə bağlı məsələləri tənzimləyəcək. 

Maliyyə Bazarlarına Nəzarət Palatası Hüquqi təminat İdarəsinin rəisi Nurlan Babayev bildirib ki, daşınar əmlak maliyyə resurslarına çıxışı artıran istiqamətdir: "Daşınar əmlakın özü kapital dəyərinə malikdir. Bunlar indiyədək kapital dəyərinə malik deyildi. Bu sistemi gətirməklə kiçik və orta sahibkarlığa dəstək vermək niyyətindəyik. Kənd yerlərində kiçik həcmi kreditlərin verilməsinə şərait yaradacaq".

Qanun layihəsində konsepsiya ondan ibarətdir ki, 24 saat fəaliyyət göstərən portal yaradılır. Reyestr elektron informasiya sistemi formasında təşkil olunur, bildirişlərin daxil edilməsi və bildirşlər üzrə axtarış aparılması üçün fasiləsiz fəaliyyət göstərəcək. 

N.Babayev bildirib ki, banklar daşınar əmlakın yüklülüyün qəbulunda maraqlı deyil. Onun sözlərinə görə, bu qanunun qəbulu ilə kənd yerlərində maliyyə resurslarına çıxış imkanları artacaq. 

Ən sərfəli kredit üçün müraciət et

Daşınar əmlakın rəsmi reyestrində qeydiyyata alınan daşınar əşyalar və dövlət qeydiyyatına alınmalı olan qiymətli kağızlar istisna olmaqla, yüklülük predmetini istənilən daşınar əmlak, habelə hüquq və tələblər,  o cümlədən gələcəkdə yüklülük sahibinin mülkiyyətində olacaq daşınar əmlak təşkil edir. Eyni daşınar əmlak bir neçə yüklülüyün predmeti ola bilər. Daşınar əmlakın yüklülüyü dövlət, bələdiyyə və xüsusi yüklülük növlərinə bölünür. Bildirilib ki, xüsusi yüklülük könüllü, dövlət və bələdiyyə yüklülüyü məcburi xarakter daşıyır.

Deputat Vahid Əhmədov bildirib ki, qanun layihəsində əsas məqsəd bank sistemini aktivləşdirmək, kreditləşməni artırmaqdır: "Qanunda qeyd olunub ki, 9 cür yükülük var. Vergi, sığorta, gömrük və s. vergi ilə bağlı yüklülük maddəsində dəyişiklik edilməlidir. Dövlət büdcəsinin 60%-ni Vergilər Naziriiyi təmin edir. Çoxlu vergi borcları yaranacaq. Dövlət büdcəsində ciddi problem yaranacaq. Yoxsa Mülki Məcəllədə xüsusi bənd var və orada növbəlilik öz əksini tapıb".

İclasın sonunda qanun layihəsi parlamentin plenar iclasına tövsiyyə olunub.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et