Palata daha bir maliyyə xidmətini lisenziyalaşdırmağa hazırlaşır | Banco.az

Palata daha bir maliyyə xidmətini lisenziyalaşdırmağa hazırlaşır

Maliyyə Bazarlarına Nəzarət Palatası ödəniş xidmətləri təchizatçılarının lisenziyalaşdırılması, onların rəqabət qabiliyyətinin artırılması üçün hüquqi çərçivənin layihəsini hazırlayıb. 

Bu gün “fintech”ləri tənzimləmək və onlara nəzarət etmək üçün təkmil mexanizm yoxdur. “Fintech”lərin banklar ilə, eyni zamanda vətəndaşlar ilə mülki münasibətlərini tənzimləmək, baş verə biləcək fors-major halarını aradan qaldırmaq üçün mexanizmin müəyyən edilməsi günün tələbidir.

Bunu IV Beynəlxalq Bankçılıq Forumunda Palatanın İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov bildirib.

Alışov, “Təəssüf ki banklar ilə ödəniş sistemləri arasında münasibətlər hal hazırda sahəvi qanun ilə deyil, Mülki Məcəllə, Banklar haqqında qanun, Mərkəzi Bankın və Maliyyə Bazarlarına Nəzarət Palatasının tələbləri tənzimlənir” deyərək sözlərinə belə davam edib:

Ən sərfəli kredit üçün müraciət et

“Bu sahədə rəqabətin artırılması, istehlakçıların hüquqlarının qorunması, bu sahənin lisenziyalaşdırılması, banklar ilə “fintech”lər arasında münasibətlərin tənzimlənməsi hüquqi çərçivəni labüd edirdi. Palata Dünya Bankının ekspertlərinin birlikdə “Ödəniş sistemləri və ödəniş xidmətləri haqında” qanun layihəsini hazırlayıb. Artıq işlər yükunlaşır, Qanun layihəsi bir neçə dəfə müvafiq dövlət qurumları ilə müzakirə edilib və ilin sonunadək Nazirlər Kapinetinə təqdim edilməsi nəzərdə tutulur”.

İbrahim Alışov əlavə edib ki, əsas məqsədlərdən biri ödəniş xidmətləri təchizatçılarının rəqabət qabiliyyətini artırmaqdır:

“Qanunun qəbul edilməsindən sonra biz ödəniş xidmətləri təchizatçılarının rəqabət qabiliyyətini daha da artıra biləcəyik. Onların bir sıra maliyyə xidmətlərinə çıxışını daha operativ edə biləcəyik. Eyni zamanda, mikromaliyyə təşkilatlarının bu sahəyə inteqrasiyasına nail olacağıq”.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et