Müəllif: Tamara Mustafayeva, Banco.az
Pakistan BVF ilə razılaşmaq üçün əlavə vergi tətbiq edəcək.
Banco.az xəbər verir ki, Pakistan federal hökuməti BVF ilə razılığa gəlmək üçün 2023-2024 maliyyə büdcəsində 755 milyon dollar əlavə vergi tətbiq etmək və xərcləri 298,5 milyon dollar azaltmaq qərarına gəlib.
Gəlir və maliyyə naziri İshak Dar Milli Məclisdə etdiyi açıqlamada BVF-in Pakistana 1,17 milyard dollarlıq kredit ayırması üçün büdcədə bir sıra dəyişikliklər edildiyini bildirib.
Nazir Dar qeyd edib ki, bu addımlar BVF ilə aparılan danışıqlardan sonra atılıb.
Digər tərəfdən, bildirilir ki, BVF və Pakistan artıq razılığa yaxındır.
Bizi sosial şəbəkələrdən izləyin!!