Banklarla əməkdaşlıq məsələləri müzakirə olunub | Banco.az

Banklarla əməkdaşlıq məsələləri müzakirə olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Mərkəzi Bankın və Azərbaycan Banklar Assosiasiyasına (ABA) üzv bankların nümayəndələrinin "Kapital Bank" ASC-nin ofisində təşkil olunan görüşündə özünüməşğulluq proqramının genişləndirilməsində banklarla əməkdaşlıq məsələləri müzakirə olunub.

ABA-nın prezidenti Zakir Nuriyev və Mərkəzi Bankın sədrinin müşaviri Əliyar Məmmədyarov həmçinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq  siyasəti və demoqrafiya şöbəsinin müdiri Elnur Süleymanov və Dövlət Məşğulluq Xidmətinin rəis müavini Rəşad Dayıyev Prezident İlham Əliyevin Azərbaycanda fəaliyyət göstərən özəl banklara özünüməşğulluq proqramına qoşularaq proqramın daha da geniş vüsət almasına dəstək olmaq çağırışının əhəmiyyətini vurğulayıblar.

Ən sərfəli kredit üçün müraciət et

 

Z.Nuriyev Assosiasiyaya üzv bankları bu çağırışa qoşulmağa və prosesin aktiv iştirakçısı olmağa dəvət edib. Dövlət başçısının tapşırığı ilə icra olunan özünüməşğulluq proqramının mühüm sosial-iqtisadi önəmini qeyd edib və bankların da iştirakı ilə proqramın daha da genişlənməsinin mühüm sosial-iqtisadi önəmini diqqətə çatdırıb.

Görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri özünüməşğulluq proqramı haqqında geniş təqdimatla çıxış edib və bankların proqramın icra mexanizmi barədə  suallarını cavablandırıblar.

Ən sərfəli krediti almaq üçün müraciət et