Təhsil gələcək həyatımızın təməlidir, desək doğru olar. Keyfiyyətli təhsil üçün isə yaxşı bir məktəb seçmək lazımdır.
Azərbaycanda təhsil almaq üçün kifayət qədər dövlət və özəl məktəblər var. Dövlət məktəblərində təhsil pulsuzdur. Ödənişli təhsil verən lisey və məktəblərdə isə qiymətlər məktəbdəki tədris dilinə, məktəbin yerləşdiyi ünvana, nəqliyyat xərclərinə, dərs vəsaitlərinə, qidalanma, məşğələlər, müəllimin yerli və ya xarici olmasına və təhsil pilləsinə görə fərqlənir.
Azərbaycanda özəl məktəblərə müraciət edən valideynlər dərsin keyfiyyətinin daha yüksək olduğunu qeyd edirlər. Bu səbəblə də özəl məktəbləri seçdiklərini bildirirlər. Ölkədə fəaliyyət göstərən bəzi özəl məktəblərdə tədris yalnız ingilis dilində keçirilir. Həmin məktəblərin illik təhsil haqqı daha bahadır. Ümumiyyətlə, təhsil haqqı ibtidai siniflərdə və Azərbaycan bölməsində daha aşağıdır. Yuxarı siniflərdə və xarici bölmələrdə isə təhsil haqqı yüksəkdir. Təhsil haqqı məktəbin filialından asılı olaraq da dəyişə bilir.
Bəzi məktəblərdən 1 evdən 1 uşaqdan daha çox şagird gələrsə, hər iki uşağa endirim edilir.
Azərbaycandakı özəl məktəblərdə illik təhsil haqqı 2 500-44 000 manat arasında dəyişir. Qiymət təshilin ibtidai, orta və ya tam olmasından asılı olaraq fərqlənir. Bir neçə məktəbdə isə illik təhsil haqqı standartdır. Yəni, həmin məktəblərdə 1-ci sinifdən 11-ci sinifə qədər qiymət eynidir.
Artıq məktəblərdə 2024-25-ci tədris ilinə qeydiyyat başlayıb. Bəs bu il qiymətlər necədir? Hansı özəl məktəblərin qiymətləri daha münasibdir?
Banco.az-ın hər il olduğu kimi bu dəfə də məktəblərdə qiymətləri araşdırıb. Ətraflı məlumatla infoqrafikdən tanış ola bilərsiniz (Ötən ilki qiymətlər).
Qeyd edək ki, 2024-2025 təhsil ili üçün Beynəlxalq Maarif Məktəblərinin Nəsimi və Gənclik kampuslarına erkən qeydiyyat davam edir. Məktəbdə həm məktəbəqədər, həm ibtidai, həm də orta təhsil ingilisdilli beynəlxalq proqram əsasında və tam günlük dərs sistemi təşkil olunur.
Ətraflı məlumat üçün 012 505 16 16 və 051 777 20 61 nömrələri ilə əlaqə saxlaya bilərsiniz. linktr.ee/maarifazerbaycan
Araşdırma: Gülnar Əhmədli, Banco.az
Bizi sosial şəbəkələrdən izləyin!!