Araşdırma: Gülnar Əhmədli, Banco.az
Təhsil gələcək həyatımızın təməlidir, desək doğru olar. Keyfiyyətli təhsil üçün isə yaxşı bir məktəb seçmək lazımdır.
Azərbaycanda təhsil almaq üçün kifayət qədər dövlət və özəl məktəblər var. Dövlət məktəblərində təhsil pulsuzdur. Ödənişli təhsil verən lisey və məktəblərdə isə qiymətlər məktəbdəki tədris dilinə, məktəbin yerləşdiyi ünvana, nəqliyyat xərclərinə, dərs vəsaitlərinə, qidalanma, məşğələlər, müəllimin yerli və ya xarici olmasına və təhsil pilləsinə görə fərqlənir.
Azərbaycanda özəl məktəblərə müraciət edən valideynlər dərsin keyfiyyətinin daha yüksək olduğunu qeyd edirlər. Bu səbəblə də özəl məktəbləri seçdiklərini bildirirlər. Ölkədə fəaliyyət göstərən bəzi özəl məktəblərdə tədris yalnız ingilis dilində keçirilir. Həmin məktəblərin illik təhsil haqqı daha yüksəkdir. Ümumiyyətlə, təhsil haqqı ibtidai siniflərdə və Azərbaycan bölməsində daha aşağıdır. Yuxarı siniflərdə və xarici bölmələrdə isə təhsil haqqı yüksəkdir. Təhsil haqqına təsir edən faktorlardan biri də məktəbin yerləşdiyi ünvandır. Mərkəzə yaxın olan yerlərdə qiymət məktəbin digər filiallarına nisbətən bahalıdır.
Bəzi məktəblərdən 1 evdən 1 uşaqdan daha çox şagird gələrsə, hər iki uşağa endirim edilir.
Azərbaycandakı özəl məktəblərdə illik təhsil haqqı 2 500-55 000 manat arasında dəyişir. Qiymət təhsilin ibtidai, orta və tam olmasından asılı olaraq fərqlənir. Bir neçə məktəbdə isə illik təhsil haqqı standartdır. Yəni, həmin məktəblərdə 1-ci sinifdən 11-ci sinifə qədər qiymət eynidir.
Artıq məktəblərdə 2025-26-ci tədris ilinə qeydiyyat başlayıb. Bu il qiymətlər necədir? Hansı özəl məktəblərin qiymətləri daha münasibdir?
Banco.az hər il olduğu kimi bu dəfə də məktəblərdə qiymətləri araşdırıb. Məktəblərin qiymətində 300-500, hətta bir neçəsində 1 000 manata kimi artım var. Bəzi məktəblərin qiyməti isə ötən il olduğu kimi qalıb. Qiymət cədvəli ilə infoqrafikdən tanış ola bilərsiniz (Ötən ilki qiymətlər).
Araşdırdığımız məktəblər bunlardır: Bakı Atatürk Liseyi, Simurq Liseyi, Hədəf Liseyi, Western School, Müasir İnnovasiyalar Liseyi, Landau School, Yaşam Beynəlxalq Məktəbi, Bakı Beynəlxalq Təhsil Kompleksi, Kaspi Liseyi, Ada School, Bakı İstanbul Liseyi, Evrika Liseyi, Erudit Liseyi, Maarif Məktəbləri, İdrak Liseyi, Dünya Məktəbi, Avropa Azərbaycan Məktəbi, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi, Britaniya Məktəbi , Sabis Sun International School, Sabah School, Oxbridge Academy Baku, Bakı Oxford Məktəbi, Müasir Təhsil Kompleksi, Azərbaycan Britaniya Kolleci, Azərbaycan Beynəlxalq Məktəbi və Bakı Modern Təhsil Kompleksi.
Bizi sosial şəbəkələrdən izləyin!!