Özəl məktəblərin təhsil haqları nə qədərdir? | Banco.az

Özəl məktəblərin təhsil haqları nə qədərdir?

Təhsil gələcək həyatımızın təməlidir, desək doğru olar. Keyfiyyətli təhsil üçün isə yaxşı bir məktəb seçmək lazımdır.

Azərbaycanda təhsil almaq üçün kifayət qədər dövlət və özəl məktəblər var. Dövlət məktəblərində təhsil pulsuzdur. Ödənişli təhsil verən lisey və məktəblərdə isə qiymətlər məktəbdəki tədris dilinə, məktəbin yerləşdiyi ünvana, nəqliyyat xərclərinə, dərs vəsaitlərinə, qidalanma, məşğələlər, müəllimin yerli və ya xarici olmasına və təhsil pilləsinə görə fərqlənir.

Azərbaycanda özəl məktəblərə müraciət edən valideynlər dərsin keyfiyyətinin daha yüksək olduğunu qeyd edirlər. Bu səbəblə də özəl məktəbləri seçdiklərini bildirirlər. Ölkədə fəaliyyət göstərən bəzi özəl məktəblərdə tədris yalnız ingilis dilində keçirilir. Həmin məktəblərin illik təhsil haqqı daha bahadır. Ümumiyyətlə, təhsil haqqı ibtidai siniflərdə və Azərbaycan bölməsində daha aşağıdır. Yuxarı siniflərdə və xarici bölmələrdə (rus, ingilis, fransız) isə təhsil haqqı yüksəkdir. Təhsil haqqı məktəbin filialından asılı olaraq da dəyişə bilir.  

Bəzi məktəblərdən 1 evdən 1 uşaqdan daha çox şagird gələrsə, hər iki uşağa endirim edilir.

Azərbaycandakı özəl məktəblərdə illik təhsil haqqı 3 000-44 000 manat arasında dəyişir. Qiymət təshilin ibtidai, orta və ya tam olmasından asılı olaraq fərqlənir. Bir neçə məktəbdə isə illik təhsil haqqı standartdır. Yəni, həmin məktəblərdə 1-ci sinifdən 11-ci sinifə qədər qiymət eynidir.

Artıq yeni tədris ilinin də başlamasına az qalıb. Bəs bu il qiymətlər necədir? Hansı özəl məktəblərin qiymətləri daha münasibdir?

Banco.az-ın araşdırmasına görə, bu il qiymətlərdə ötən illə müqayisədə 10-20% artım var. Linkə keçid edərək ötən ilki qiymətlərlə tanış ola bilərsiniz. 

Ən sərfəli kredit üçün müraciət et

Aşağıdakı cədvəldə bu tədris ili üçün özəl məktəblərdəki təhsil haqqı barədə məlumat hazırlamışıq.

Qeyd: Erudit-dən bu ilki qiymətlərlə bağlı konkret cavab ala bilmədiyimiz üçün cədvəldə köhnə qiymət qeyd edilib.

İnfoqrafik: Tahir Əsgərli, Banco.az

Araşdırma: Gülnar Əhmədli, Banco.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et