Özbəkistan iqtisadiyyatı ötən illə müqayisədə 6 faiz artıb | Banco.az

Özbəkistan iqtisadiyyatı ötən illə müqayisədə 6 faiz artıb

Müəllif:Mehin Qasımova/Banco.az

Özbəkistan iqtisadiyyatı ötən il 2022-ci illə müqayisədə artıb.

Banco.az xəbər verir ki, Özbəkistan Dövlət Statistika Agentliyindən verilən açıqlamada ölkə iqtisadiyyatının ötən il 6 faiz artdığı, ümumi daxili məhsulun 90 milyard 800 milyon dollara çatdığı vurğulanıb.

Açıqlamada 2023-cü ildə ölkədə sənaye istehsalının 6,4 faiz, xidmət sektorunun 6,8 faiz, tikintinin 6,4 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sektorunun 4,1 faiz, nəqliyyatın 8 faiz, pərakəndə satışın artacağı bildirilib. 

Bildirilib ki, ötən il illik inflyasiya 8,8 faiz olub.

Açıqlamada bildirilib ki, 2023-cü ildə ölkənin ümumi xarici ticarət həcmi əvvəlki ilə nisbətən 23,9 faiz, ixrac həcmi isə 23,8 faiz, idxal həcmi isə 24 faiz artıb.

2023-cü ildə ölkədə 88 min 800 yeni müəssisənin yaradıldığı, beləliklə, 2024-cü il yanvarın 1-nə ölkədəki ümumi sahibkarlıq subyektlərinin sayının 485 min olduğu bildirilib.

Ölkə iqtisadiyyatı Covid-19 epidemiyasından sonra illik orta hesabla 5-6 faiz böyüyüb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram