Ötən il Türkiyədə qiymətlərin neçə faiz artdığı açıqlandı | Banco.az

Ötən il Türkiyədə qiymətlərin neçə faiz artdığı açıqlandı

Türkiyə Statistika Komitəsi istehlakçı və istehsalçı qiymətləri indekslərini açıqlayıb.

Qardaş ölkədə istehlakçı qiymətləri indeksi 2020-ci ilin dekabr ayında 2019-cu ilin eyni ayı ilə müqayisədə 14,6% artım qeyd edib. 

İstehsalçı qiymət indeksindəki illik artım isə 25,15% olub. 

Noyabr  ilə müqayisədə Dekabrda istehlakçı qiymətləri indeksi 1,25%, istehsalçı qiymətləri indeksi isə 2,36% artıb.

Açıqlanan faizlər proqnozlara yaxındır.

İllik müqayisədə ən yüksək artım 28,12% ilə müxtəlif mal və xidmətlər, 21,12% ilə nəqliyyat, 20,61% ilə qida və spirtsiz içkilər qruplarında olub. Aylıq olaraq ən yüksək artım 47,92% ilə badımcanda olub. Badımcanın ardınca 25,62% xiyar və 18,88% ağ kələm bahalaşıb.

Məlumatların açıqlanması ilə epidemiyanın təsirləri altında keçən 2020-ci ilə bağlı inflyasiya mənzərəsi ortaya çıxmışdır.

Məlumatın açıqlanmasından sonra Türk Lirəsi Dollar qarşısında bahalaşmaqda davam edib. Bakı vaxtı ilə saat 12:55-də Dolar/TL məənnəsi 0,7% geriləmə ilə 7.37 səviyyələrində olub. 

marja

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram