Müəllif: Gülnar Əhmədli, Banco.az
2023-cü ildə Rusiyanın Azərbaycan iqtisadiyyatına birbaşa investisiya qoyuluşu 617 milyon 339 min dollara bərabər olub.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 19.2% və ya 99 milyon 379 min dollar çoxdur.
Qeyd edək ki, 2022-ci ildə Rusiyanın Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 517 milyon 960 min dollar təşkil edib. Hesabat ilində Rusiya Azərbaycana ən çox investisiya yatıran 4-cü ölkə olub.
Bizi sosial şəbəkələrdən izləyin!!