Kredit qoyuluşlarında vaxtı keçmiş kreditlərin həcmi ötən ilin dekabrında 1 mlrd. 626,7 mln. manat təşkil edib.
"APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu illik müqayisədə 154,1 mln. manat və ya 10,5% çoxdur.
Ötən ilin noyabr ayı ilə müqayisədə isə dekabrda problemli kreditlərin həcmi 263,6 mln. manat və ya 14% azalıb.
Qeyd edək ki, problemli kreditlərin ümumi kredit qoyuluşlarında payı 13,8% təşkil edir.